AzerGold” QSC Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədqiqatçılar üçün təqaüd proqramı elan etdi

 

AzerGoldQSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti və AXC dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədilə xüsusi təqaüd proqramı elan etdi. Təqaüdlər AXC dövrü tarixinin müxtəlif mərhələlərini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

Təqaüd proqramının şərtlərinə əsasən tədqiqatçılar 4 ay ərzində orijinal mənbələrə əsaslanan və daha öncə heç bir mətbuat orqanında dərc edilməmiş araşdırmaları Korporativ Sosial Məsuliyyət Komitəsinə təqdim etməlidir. Qeyd edək ki, iştirakçıların seçimi, həmçinin tamamlanmış araşdırmaların yekun qiymətləndirilməsi akademik sahənin tarixşünaslıq üzrə nüfuzlu nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir.

Proqramın təsis edilməsində əsas məqsəd respublikaçılıq ənənələrinin araşdırılmasına və təbliğinə dəstəklə yanaşı, milli tarix üzrə ixtisaslaşmış gənc tədqiqatçıların formalaşmasına və peşəkar inkişafına töhfə verməkdir.

Təqaüd proqramı haqqında daha ətraflı məlumatı “AzerGoldQSC-nin rəsmi veb-səhifəsində əldə etmək olar: www.azergold.az

 

Azərbaycan.- 2018.- 26 may.- S.3.