Ceyhun Bayramov: Milli
kadrların hazırlanması Cümhuriyyətin təhsil siyasətinin
əsas tərkib hissəsi olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ali məktəb rektorları, Təhsil Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin başçıları, ümumtəhsil müəssisələrinin direktorları, təhsil ekspertləri, şagirdlər, müəllimlər və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsinin məqsədi gənc nəslə Cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, xüsusi istedada malik yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünəinam, Vətənə məhəbbət, dostluq, birlik, humanistlik, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək olub.
AXC-nin
100 illiyi münasibətilə tədbir
iştirakçılarını təbrik edən təhsil naziri Ceyhun Bayramov
Prezident İlham
Əliyev tərəfindən 2018-ci ilin
ölkəmizdə “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan
olunduğunu xatırladıb. O, “Azərbaycan Xalq Cümhuriyyəti
İli” çərçivəsində təşkil
olunan tədbirləri gənclərə doğma respublikamızın tarixini,
mədəniyyətini, milli irsini öyrətmək və sərbəst
düşüncə tərzini formalaşdırmaq
baxımından yüksək dəyərləndirib. Qeyd edilib ki,
AXC-nin 23 aylıq fəaliyyəti
dövründə bütün istiqamətlərdə
olduğu kimi, təhsil
sahəsində də əhəmiyyətli işlər görülüb. Belə ki,
1919-cu ildə ölkənin
ilk ali məktəbi
olan Bakı Universiteti təsis edilib. Milli kadrların hazırlanması
da Cümhuriyyətin təhsil siyasətinin əsas tərkib hissəsi olub. Həmin dövrdə 100-dək gənc
xaricdə nüfuzlu universitetlərdə təhsil
almaq üçün
bir sıra ölkələrə göndərilib.
AXC-nin dil
siyasətindən danışan
nazir həmin dövrdə ana dilimiz haqqında verilən qərarların
əhəmiyyətini qeyd
edib. C.Bayramov deyib: “Üzərinə düşən missiyanı
şərəflə yerinə
yetirən AXC dövründə
milliyyətindən, dinindən,
cinsindən, ictimai vəziyyətindən asılı
olmayaraq bütün vətəndaşlara tam vətəndaşlıq
və siyasi hüquqlar verilib”.
Nazir bildirib ki, AXC-nin fəaliyyəti qısa tarixi dövrü əhatə etsə də, Azərbaycan tarixinin ən şərəfli dövrlərindən biridir. Ulu öndər
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
sonra bu sahəyə diqqət daha da artırılıb.
Belə ki, 1998-ci ildə Cümhuriyyətin 80 illiyi
ilə bağlı Sərəncam imzalandı.
O dövrdən başlayaraq
Azərbaycanda bu sahənin araşdırılmasına
diqqət daha da artırıldı. Bu siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Sonra xalqımızın
çoxəsrlik dövlətçilik
tarixindən, 1918-1920-ci illərdə
mövcud olmuş AXC-nin fəaliyyətindən,
XX əsrin sonlarında
ölkəmizin öz
müstəqilliyini bərpa
etməsindən sonra ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyasından,
Ümummilli Liderin əsasını qoyduğu
tərəqqi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızın inkişafındakı
rolundan bəhs edən videoçarxlar göstərilib.
Tədbirdə, həmçinin 2017-2018-ci tədris
ilində paytaxt təhsilinin uğurları
haqqında məlumat verilib, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər
təqdim olunub.
Konsert proqramında şagirdlər
Azərbaycanın müasir
dövlətçilik tarixi
haqqında şeirlər
səsləndirib, vətənpərvərlik
mövzusunda mahnılar
oxuyub və ədəbi-bədii kompozisiyalar
nümayiş etdiriblər.
Azərbaycan.-
2018.- 26 may.- S.5.