Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Milli bayramınız - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz uzun müddətdir ki, xalqlarımızın möhkəm və sarsılmaz dostluq əlaqələrinə söykənən, istər rəsmi, istərsə də vətəndaş cəmiyyətləri səviyyəsində mövcud olan məhsuldar əməkdaşlıq yolu ilə irəliləməkdədir. Arzu edirəm ki, bu əməkdaşlıq qarşıdan gələn illərdə daha da güclənsin.
Əminəm ki, rəsmi Bakı və Roma regionun digər ölkələri ilə birgə, sülh şəraitində birgəyaşayış dəyərlərinə hörmətlə, bölgədə sabitliyin və sülhün təmin edilməsi məqsədilə konstruktiv fəaliyyət göstərəcəklər.
Bu arzularla və Sizinlə tezliklə Bakıda görüşmək ümidi ilə Sizə və Azərbaycan xalqına rifah diləyir, bir daha təbriklərimi çatdırıram.
Hörmətlə,
Sergio Mattarella
İtaliya Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 27 may.- S.3.