Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli cənab Prezident.

İcazə verin, şəxsən Sizibütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Qardaş Azərbaycan bu yubiley ilini dünyanın ən uğurla inkişaf edən qüdrətli və müstəqil ölkələrindən biri kimi qarşılayır. Sizin siyasi müdrikliyiniz və yüksək rəhbərlik təcrübəniz sayəsində Azərbaycan dünya siyasi arenasında öz mövqeyini gündən-günə gücləndirir, bütün ölkələrlə və ilk növbədə, Rusiya ilə dostluq əlaqələrini möhkəmləndirir.

Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və rifah, hər bir azərbaycanlı evinə isə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri

 

Azərbaycan.- 2018.- 27 may.- S.4.