Miniatür Kitab Muzeyində “Elmira Axundova. Möhtəşəm layihələrnəşrinin təqdimatı olub

 

Mayın 25-də Miniatür Kitab Muzeyində Qalina Mikeladzenin “Elmira Axundova. Möhtəşəm layihələrminiatür kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, tanınmış yazıçılar jurnalistlər, Elmira Axundovanın qələm dostları, ziyalılar iştirak ediblər.

Muzeyin təsisçisi yaradıcısı, əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək Elmira Axundovanın, sözün həqiqi mənasında, əsl jurnalist olduğunu bildirib. Zərifə Salahova deyib: “Mən xoşbəxtəm ki, biz bu kitabı miniatür formatda buraxmışıq. Kitabİndiqonəşriyyatında rus dilində 100 nüsxə tirajla nəşr edilib”.

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Elmira Axundovanın xüsusi istedadını qeyd edərək tanınmış publisist-yazıçını yubileyi münasibətilə təbrik edib. Xalq yazıçısı qeyd edib ki, “Elmira Axundova. Möhtəşəm layihələrminiatür kitabı çox gözəl nəşrdir.

Milli Məclisin deputatı Jalə Əliyeva deyib: “Bu günün mühümlüyü ondadır ki, biz buraya cəmiyyətdə əhəmiyyətli rolu olan üç xanımın mühitinə toplanmışıq. İlk növbədə, bu, bu gün toplaşdığımız muzeyin təsisçisi yaradıcısı, əməkdar mədəniyyət işçisi Zərifə Salahovadır, həmçinin “Elmira Axundova. Möhtəşəm layihələrkitabının müəllifi, tanınmış jurnalist Qalina Mikeladze əlbəttə ki, Elmira Axundova”.

Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Elmira Axundovanın çox yaxşı insan, gözəl qadın, səmimi ürəyiaçıq olduğunu, onun MDB hüdudlarından kənarda da çoxdan tanındığını qeyd edib.

Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, Elmira Axundova hər zaman ölkəmizin ictimai-siyasi həyatında fəal rolu ilə seçilir. O, elə insanlardandır ki, cəmiyyətə öz təsirini göstərə, onu düzgün yola istiqamətləndirə bilir. Ümummilli lider Heydər Əliyev həmişə ona sevgi hörmətlə yanaşırdı.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu gün çox gözəl gündür, çünki biz Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi Elmira Axundovanın miniatür kitabının təqdimatına toplanmışıq. O deyib: “Hər kəs haqqında miniatür kitablar nəşr olunmur. Miniatür kitablar yalnız görkəmli şəxsiyyətlər haqqında yaranır”.

Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatları Asim Mollazadə, İlham Məmmədov, əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə, əməkdar mədəniyyət işçisi Valentina Reznikova, həmçinin “Elmira Axundova. Möhtəşəm layihələrminiatür kitabının müəllifi, Azərbaycanın əməkdar jurnalisti Qalina Mikeladze öz çıxışlarında Azərbaycan jurnalistikasında Elmira Axundovanın böyük xidmətlərini qeyd edib, onun ictimai-siyasi yaradıcılıq fəaliyyəti haqqında danışıblar. Çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev haqqında çoxlu bədii əsərlər, sənədli oçerklər, elmi məqalələr yazılıb. Bu işlər arasında Elmira Axundovanın fundamental əsəri - “Heydər Əliyev. Şəxsiyyət zamançoxcildli roman-tədqiqatı ayrıca yer tutur. 

Elmira Axundova tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirərək bu gün ona Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq yazıçısı fəxri adının verilməsinə görə hədsiz dərəcədə xoşbəxt olduğunu söyləyib. O deyib: “Mən Heydər Əliyevi həm ona görə çox sevirdim ki, onabirincisözü çox yaraşırdı. Hətta onun adının mənasıHeydər” - “irəlidə gedən atlıdeməkdir. Xalq yazıçısı Anar deyib ki, mən Azərbaycan ədəbiyyatında yeni janr - sənədli bioqrafik roman-tədqiqat janrı yaratmışam. Tarixi romanlarımız çoxdur, lakin onlar bədii təxəyyülə əsaslanır. İndi mən hazırda ilk jurnalist-publisistəm ki, xalq yazıçısı fəxri adını almışam. Mən sonsuz etimadına, mənim əməyimə verdiyi yüksək qiymətə görə Prezidentimizə çox minnətdaram. Diqqətəlayiq haldır ki, bu əlamətdar hadisə Miniatür Kitab Muzeyində, dostlarımın əhatəsində baş verib”.

Tədbirin bütün iştirakçılarına “Elmira Axundova. Möhtəşəm layihələr” miniatür kitabı təqdim edilib.

 

Azərbaycan.- 2018.- 27 may.- S.13.