Müstəqilik ən böyük sərvətdir

 

Ötən əsrin 20-ci illərindən 80-ci illərin axırlarınadək ölkəmizdə çap olunan dərsliklərə, tarix kitablarına, qəzet və jurnallara nəzər salanda “Azərbaycan Xalq Cümhuriyyəti” sözlərinə, onu qurub-yaradanların adlarına rast gəlmirik. Amma Xalq Cümhuriyyətini süquta uğradanların - başda V.İ.Lenin olmaqla onun silahdaşları haqqında tərifli yazıların sayı- hesabı yoxdur. Halbuki Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə çox böyük işlər görmüşdür. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılmış, dövlət bayrağı, dövlət gerbi, dövlət himni təsdiq olunmuş, ana dili dövlət dili elan edilmişdi.

Görülən işlərdən birixalq təhsili və maarifin inkişafı ilə bağlı idi. Bu sahədə qəbul edilən qərarların bir qismi uğurla reallaşdırılmış, o cümlədən Bakı Dövlət Universiteti yaradılmışdır. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski xatirələrində yazırdı ki, Azərbaycan hökumətinin öz universitetini yaratmaq qərarı o qədər ciddi idi ki, Zaqafqaziya Universiteti Bakıya köçürülməsə də, burada universitet olacaqdı. 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti 1919-1920-ci tədris illərində xaricə təhsil almağa göndəriləcək azərbaycanlı tələbələrin təhsil almaları üçün dövlət xəzinəsindən Xalq Maarifi Nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayırdı. Bu vəsait hesabına soydaşlarımızın xarici ölkələrə təhsil almaq üçün göndərilməsi Azərbaycanın həyatında əlamətdar hadisəyə çevrildi. 1920-ci ilin yanvarında onlar təntənə ilə yola salındılar. Lakin AXC-nin süqutundan sonra vətəndən gələn yollar bağlandı. Ölkə bolşevikləşdirilməyə başlandı. Cümhuriyyət tələbələri unuduldu, onlara pul göndərilmədi. Nəticə ağır oldu. Təhsil haqqını ödəyə bilməyən tələbələr çətinlikərlə qarşılaşdılar. Təhsillərini başa vurub vətənə yüksək ixtisaslı mütəxəssis kimi dönənlərin də tale üzünə gülmədi. Əksəriyyəti repressiyanın qurbanı oldu.

Başqa bir misal. Sovet dövründə təkcə Bakıda bir rayon, bir metro stansiyası, bir prospekt, bir mədəniyyət evi Azərbaycan xalqının qatı düşməni S.Şaumyanın adını daşıyırdı. Halbuki onun başçılığı ilə ermənilər 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda, Göyçaydabaşqa yerlərdə saysız-hesabsız qırğınlar törətmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti bu məsələyə də xüsusi diqqət yetirmiş, fövqəladə təhqiqat komissiyası yaradıb ermənilərin törətdikləri cinayətləri araşdırmağa başlamışdı. Həmin dövrdə hökumət mart ayının 31-ni matəm günü kimi elan etməsi haqqında qərar da vermişdi. Təəssüflər olsun ki, Cümhuriyyətin devrilməsi təhqiqat komissiyasının apardığı işləri də başa çatdırmağa imkan vermədi. Sovet dövründə isə bu barədə danışmaq, Xalq Cümhuriyyətinin gördüyü işlərdən yazmaq qadağan edilmişdi.

Əsl həqiqət ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hamıya agah oldu. Amma ötən əsrin sonlarında Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra xalqımız yenə də onu itirmək təhlükəsi ilə üzləşmişdi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, daxildəki siyasi çəkişmələr, separatçılıq hərəkatı və digər hadisələr müstəqilliyimizi itirmək təhlükəsini artırmışdı. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı ilə nəinki bütün təhlükələri sovuşdurdu, müstəqilliyimizi əbədi, dönməz etdi. Ölkəmizi dünya birliyində layiqli yerə çıxardı.

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə də yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanı sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevirmişdi. Bu illər Azərbaycanın ən yeni tarixinə dönüş illəri, siyasi həyatın, elmin, mədəniyyət və incəsənətin sürətli tərəqqisi dövrü kimi daxil olmuşdur.

Hamı etiraf edir ki, Heydər Əliyev müstəqilliyin bərpasından sonrakı ilk illərində Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın, Dağlıq Qarabağ münaqişəsi başlasın. Başqa bir fakt! 1920-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Sonradan Üzeyir Hacıbəylinin, Əhməd Cavadın yaratdıqları dövlət himninigerbini bərpa etdi.

Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın çoxillik tarixində mühüm yer tutduğunu nəzərə alaraq 2003-cü il fevral ayının 1-də Bakı şəhərində AXC-nin xatirəsinə abidə ucaldılması haqqında sərəncam da imzalamışdır. Bu abidənina açılışı 2007-ci il may ayının 25-də oldu, Cümhuriyyət qurucularının xatirəsi dərin hörmətlə anıldı. Prezident İlham Əliyev abidənin üzərindən örpəyi götürərək demişdir: “Gözəl abidədir, yeri də gözəl, tarixi yerdir və küçənin adı da İstiqlaliyyətdir”.

Üzərində 1918-ci il may ayının 28-də Tiflisdə qəbul olunmuşİstiqlal Bəyannaməsi”nin həm əski, həm də latın əlifbası ilə həkk olunduğu bu abidə AXC-nin yaradılması və onun gələcək nəsillərə ötürülməsi baxımından da böyük əhəmiyyət daşıyır. Ulu öndər həm sovet dönəmində, həm də müstəqillik dövründə dövlətə başçılıq etdiyi illərdə elm və təhsili prioritet hesab edirdi. Deyərdi ki, qabaqcıl ölkələrin tərəqqisini elm müəyyən etmişdir.

Bu məqsədlə sovet dövründə hər il yüzlərlə gənci SSRİ-nin ən qabaqcıl ali məktəblərinə oxumağa göndərərdi. Bugünkü Azərbaycanın indiki dövlət suverenliyiiqtisadi müstəqilliyi, dünya iqtisadiyyatına inteqrasiyası həmin illərdə təməli qoyulan proses olmadan mümkün deyildi.

Ulu öndərdən sonra ölkəmizə uğurla rəhbərlik edən cənab İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdir ki, əgər xalq mənə etibar göstərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacaq, onun siyasətini davam etdirəcək. Cənab İlham Əliyev vədinə əməl etdi. Təkcə bunu demək kifayətdir ki, son 15 ildə dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları, beynəlxalq siyasi, humanitar tədbirlər Azərbaycanın nəyə qadir olduğunu göstərdi. Biz bu uğurlarla fəxr edirik. Elə bu uğurların nəticəsidir ki, aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız cənab İlham Əliyevə dördüncü dəfə etimad göstərdi.

 

Nuriyyə HÜMMƏTOVA,

Bakı şəhərindəki 202 nömrəli

tam orta məktəbin tarix müəllimi

 

Azərbaycan.- 2018.- 27 may.- S.15.