Seçenov Universitetinin Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Universitetin Bakı filialından AZƏRTAC-a bildiriblər ki, tədbirdə filialın rektoru, professor Əziz Əliyev çıxış edərək, Cümhuriyyətin yaranma tarixindən və ölkənin sonrakı inkişafında onun mühüm rolundan danışıb. O bildirib ki, tələbələr Azərbaycanda - siyasi cəhətdən sabit ölkədə doğulduqlarına və yaşadıqlarına görə fəxr etməlidirlər. Şübhəsiz, bu, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasına verdiyi böyük töhfənin nəticəsidir. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

Tədbir Seçenov Universitetinin Bakı filialının tələbələrinin təqdimatında maraqlı bədii proqramla davam edib. Onların ifasında tanınmış bəstəkarların əsərlərindən parçalar, məşhur şairlərin Azərbaycana həsr etdikləri şeirlər səsləndirilib. Qurban Səidin “Əli və Nino” romanından üçüncü kurs tələbələrinin hazırladıqları səhnəcik alqışlarla qarşılanıb.

Sonra tematik məruzə ilə çıxış edən Azərbaycan dili müəllimi, dosent Dürdanə Rəhimzadə iştirakçıları qarşıdan gələn bayramRespublika Günü münasibətilə təbrik edib. Müsəlman dünyasında ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması iftixar hissi ilə qeyd olunub.

Tədbirin sonunda “Son iclasbədii-sənədli filmi nümayiş etdirilib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmin çəkilişləri Heydər Əliyev Fondunun dəstəyi “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə həyata keçirilib. Ekran əsərində mühüm tarixi hadisə - Cümhuriyyətin şanlı faciəli taleyindən uzun müddət ötdükdən sonra Azərbaycanın müstəqillik əldə etməsi qeyd olunur.

 

Azərbaycan.- 2018.- 27 may.- S.15.