Mingəçevir Turizm Kolleci Rusiyada keçirilən beynəlxalq konfransa təşkilatçılıq etmişdir

 

Ölkənin geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atmışdır. Kollec  tərəfdaşı olan Sankt-Peterburq TurizmHotel Servisi Kolleci ilə birgə təşkilati missiyanı uğurla yerinə yetirərək  “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olmuşdur. Rusiya, İtaliya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin iştirakı ilə keçirilən tədbirdə Sankt-Peterburq Təhsil Komitəsinin rəsmiləri də iştirak edirdilər. Konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək idi. Konfransın keçirildiyi salonun tərtibatından tutmuş iştirakçılara təqdim olunan hüquqi və nəzəri materiallaradək bütün vəsaitlərdə Sankt-Peterburq TurizmHotel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin adları da qoşa yazılmışdır.

“Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun  inkişafı” adlı beynəlxalq konfransda Sankt-Peterburq Təhsil Komitəsi sədrnin müavini Yuri Solyannikov, komitənin peşəkar təhsil üzrə aparıcı mütəxəssisi Yuliya Kovalyova və Rusiyanın əməkdar müəllimi, Sankt-Peterburq TurizmHotel Servisi Kollecinin direktoru  Svetlana Antonova  çıxış edərək müzakirə olunan mövzunun önəmindən danışdılar.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi kollektiv, kollecin maddi texniki bazası, tədris imkanları, qazanılan uğurlargeniş şəbəkəli beynəlxalq əməkdaşlıq əlaqələrı barədə  xüsusi slayd vasitəsi ilə ətraflı məlumat verdi. Əyyub Əyyubovun  Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridirmövzusunda məruzəsi də konfrans iştirakçılarının böyük marağına səbəb oldu. O, turizm sənayesinin inkişafı üçün kadr hazırlığı prosesində  elmi, nəzəri və praktik yeniliklərin tətbiq olunmasının vacibliyindən ətraflı bəhs etdi.

Konfransda İtaliyanın Kazarqo şəhərinin meri  School CFPA” hotelinin   əməkdaşı Skarpa Pina, İtaliyanın  “İPS Veccari” təhsil müəssisəsinin  direktoru  Petro Rapizarda  həmin təhsil ocağının müəllimi  Nikola Klaudia Aleccandra, həmçinin  Finlandiyanın Savonlinna şəhərinin  SAMLedukollecinin müəllimləri  Mika Nenonen, Timo Leso  həmin kollecin  beynəlxalq təhsil proqramlarının rəhbəri  Yuti Noora da çıxış etmişlər.

İki gün davam edən konfrans yaddaqalan  faydalı olmuşdur. Belə ki, kollec rəhbərliyinin konfransın təşkilindəki fəal rolu və faydalı təklifləri, keçirdiyi fərdi görüşləri sayəsində Mingəçevir Turizm Kollecinə iştirakçı tərəflərdən  maraq daha da artırdı. Finlandiyaİtaliya təhsil müəssisələri ilə əməkdaşlıq sazişinin imzalanması barədə ilkin müzakirələr aparıldı.

Konfrans iştirakçıları Sankt-Peterburq şəhərinin müxtəlif tarixi yerləri, Sankt-Peterburq TurizmHotel Servisi Kollecinin maddi-texniki bazası, tədris  və təcrübə sahələri ilə yaxından tanış olmuşlar.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2018.- 27 may.- S.16.