İndoneziyalı jurnalistlər Azərbaycan həqiqətləri
barədə məlumatlandırılıb
Mayın 29-da Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi-şöbə müdiri Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına
üzv Dövlətlərin
Jurnalistləri Assosiasiyasının
dəvəti ilə Azərbaycana gəlmiş
indoneziyalı jurnalistlərlə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə Əli
Həsənov Azərbaycanın
tarixindən, mədəniyyətindən,
xalqımızın adət-ənənələrindən,
İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranması və fəaliyyətindən, mövcud
olduğu qısa müddətdə həyata
keçirdiyi mühüm
tədbirlərdən, dövlət
idarəçiliyində demokratik
normaları bərqərar
etməsindən, eləcə
də Cümhuriyyətin
süqutu və Azərbaycanın SSRİ-nin
tərkibindəki 70 illik
tarixindən danışıb.
Prezidentin köməkçisi,
həmçinin qonaqlara
1991-ci ildə Azərbaycanın
dövlət müstəqilliyini
bərpa etməsindən
sonra keçdiyi uğurlu inkişaf yolu, ümummilli lider Heydər Əliyev tərəfindən
Azərbaycan dövlətinin
qurulması, əldə
edilən böyük
nailiyyətlər, həmçinin
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
və onun yaratdığı fəsadlar,
ermənilərin azərbaycanlılara
qarşı törətdikləri
soyqırımları barədə
məlumat verib.
Görüşdə Əli Həsənov jurnalistlərin suallarını
cavablandırıb.
Ölkəmizə səfərlərinin onlarda
zəngin təəssürat
yaratdığını qeyd
edən indoneziyalı
media təmsilçiləri Azərbaycandakı multikultural
və tolerant mühitin,
Bakının gözəlliyinin,
bütövlükdə Azərbaycanda
gördükləri inkişaf
proseslərinin onları
valeh etdiyini bildiriblər.
Azərbaycan.- 2018.-30 may.- S.8.