Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.
II Abdullah ibn Al Hüseyn
İordaniyanın Kralı
Azərbaycan.-
2018.- 30 may.- S.9.