Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Albaniya xalqı adından şəxsən öz adımdan Sizə dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Bu il həm dostluq əməkdaşlıq əlaqələrini gücləndirmək üçün çox böyük potensialı olan ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 25-ci ildönümünə təsadüf edir.

Fürsətdən istifadə edərək, əlaqələrimizin istər ikitərəfli, istərsə çoxtərəfli aspektdə güclənməsinə göstərdiyiniz şəxsi dəstəyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Mən bir neçə həftə əvvəl Bakıda Sizinlə keçirdiyim görüşü məmnuniyyətlə xatırlayıram. Əmin ola bilərsiniz ki, ölkələrimiz arasındakı münasibətləri birlikdə daha yüksək səviyyəyə qaldırmaqda qərarlıyam.

Enerji sahəsində intensiv əməkdaşlıq və xüsusən TAP layihəsinin həyata keçirilməsindəki müsbət tendensiya münasibətlərimizə çox mühüm töhfə vermiş, başqa sahələrdə də əməkdaşlıq üçün əla fürsətlər açmış, habelə vətəndaşlarımızı birbaşa əlaqələr yaratmağa həvəsləndirmişdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir, Sizə cansağlığı və xoşbəxtlik diləyirəm. Sizi dövlət səfərinizdə Tiranada qarşılamaq arzumu ifadə edirəm.

 

İlir Meta

Albaniya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 30 may.- S.9.