Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə Sizi Peru Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Azərbaycan xalqına sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırır, ikitərəfli əlaqələrimizi əks etdirən dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsini arzulayıram.
Zati-aliləri, Sizə bir daha öz dərin hörmət və ehtiram hissimi çatdırıram.
Martin Vizkarra Kornexo
Peru Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 30 may.- S.9.