Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Keniya hökuməti, xalqı və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan hökumətinə və xalqına 28 May - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.
Bu əlamətdar bayramla əlaqədar ölkələrimiz arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulamaq çox xoşdur. İkitərəfli əlaqələrimizin, xüsusilə təhsil, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirirəm.
Arzum budur ki, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizin əməkdaşlığı daha da inkişaf etsin.
Bu xüsusi gündə sevincinizi bölüşür və fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqına firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Uhuru Kenyatta
Keniya Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 30 may.- S.9.