Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Xalqınızın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizibütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir və Sizə yeni Prezidentlik dövründə bir daha uğurlar və firavanlıq arzulayıram.

Xorvatiya və Azərbaycan arasında xalqlarımızın ümumi dəyərlərinə əsaslanan və ölkələrimizin rəhbərlərinin siyasi səyləri nəticəsində daha da güclənən və genişlənən mehriban dostluq əlaqələri var.

Zati-alinizə ən səmimi təbriklərimi çatdıraraq möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

Stepan Mesiç

Xorvatiya Respublikasının sabiq Prezidenti

 

Azərbaycan.- 2018.- 30 may.- S.9.