Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Azərbaycan Respublikasının sələfi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Bu möhtəşəm günün bayram təntənəsini Sizinlə birlikdə gözəl Bakımızda qeyd etməkdən sevinc hissi duyuram.

Bizi fərəhə qərq edən bu əlamətdar hadisə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Müstəqillik əzmini heç zaman itirməyən Azərbaycan xalqı sahib olduğu qədim və zəngin dövlətçilik ənənələrinə söykənərək 1918-ci il mayın 28-də öz istiqlaliyyətini elan etmişdir. Respublika Günü kimi qeyd etdiyimiz bu bayram milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyinin qorunması uğrunda mübarizənin təntənəsidir.

Möhtərəm cənab Prezident, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi haqqında imzaladığınız sərəncamlar Cümhuriyyət ideyalarının yaşadılmasına xidmət etməklə yanaşı, Azərbaycan dövlətinin və xalqının Cümhuriyyət qurucularının xatirəsinə dərin hörmət və ehtiramının ifadəsidir. Sizin rəhbərliyinizlə müasir müstəqil Azərbaycan Respublikası öz mirasına layiqincə sahib çıxır. 1920-ci ildə böyük çətinliklərlə özünü beynəlxalq hüququn subyekti kimi təsdiq etmiş ölkəniz artıq dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

Bu bayram münasibətilə, Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir, ölkənizə inkişaf və tərəqqi, xalqınıza firavanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

Osman Gezeker

Türkiyənin “Özkaya Group” şirkəti İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2018.- 30 may.- S.9.