Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə şəxsən
öz adımdan və Dərbənd şəhərindəki Azərbaycan
Dövlət Dram Teatrının
kollektivi adından ürəkdən təbrik
edirəm.
Bu gün
Azərbaycan sosial-iqtisadi,
elmi-texniki və mədəni inkişaf yolu ilə inamla
irəliləyir.
Sizin rəhbərliyiniz altında
Azərbaycan Respublikasının
dünya arenasında nüfuzu gündən-günə
artır. Azərbaycanın imici görünməmiş
dərəcədə yüksəlmişdir.
Dost və
qardaş Azərbaycan
xalqının rifahı
və tərəqqisi
naminə ən xoş arzularımızı
qəbul edin.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına bir daha səmimi
qəlbdən möhkəm
cansağlığı, xoşbəxtlik,
uğurlar, sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
Firdovsi Əsgərov
Rusiya Federasiyası
Dağıstan Respublikasının
Əməkdar mədəniyyət
işçisi,
Dərbənd şəhərindəki
Azərbaycan Dövlət
Dram Teatrının direktoru
Azərbaycan. - 2018.- 30 may.- S.9.