Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Milli bayramımız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda uğurla irəliləyir. Dünya arenasında da Azərbaycanın nüfuzu artır.

Möhkəm dostluq, mehriban qonşuluq və qardaşlıq ənənələrinə əsaslanan Dağıstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd etmək istəyirəm. Bütün həyatınız və əzmkar fəaliyyətiniz inandırıcı şəkildə göstərir ki, Siz firavanlaşan müasir Azərbaycanın təməlini qoymuş dahi atanızın işinin layiqli davamçısısınız.

Dağıstanla Azərbaycanı bir-birinə bağlayan möhkəm dostluq və qarşılıqlı yardım ənənələri xalqlarımız tərəfindən həmişə qorunub saxlanılıb və nəsildən-nəslə keçib.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm.

Hörmətlə,

 

Telman Tahirli

Dərbənd azərbaycanlıları milli-mədəni

muxtariyyətinin sədri

 

Azərbaycan.- 2018.- 30 may.- S.9.