Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə yeni zirvə fəth olunub
Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib.
Ekspedisiya peşəkar alpinistlər və layihədə iştirak edən qurumların nümayəndələrindən ibarət olub.
Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.
Layihə Prezident
İlham Əliyevin 2018-ci ilin
Azərbaycan Respublikasında “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan
edilməsi haqqında Sərəncamına əsasən həyata
keçirilən tədbirlər çərçivəsində
reallaşıb.
Azərbaycan.- 2018.- 30 may.- S.12.