Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident.

Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaqdır.

Lütfən ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm.

Hörmətlə,

 

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti,

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

 

Azərbaycan.- 2018.- 31 may.- S.3.