Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Moldova Demokratik Partiyası adından və şəxsən öz adımdan təbrik edirəm.
Bu əlamətdar yubiley ölkə vətəndaşlarının öz tarixinə dərin ehtiram bəsləməsi və ona nə qədər bağlı olduğunu nümayiş etdirməsi, eləcə də ölkənizi rifah və inkişaf yolu ilə irəli aparmaq barədə düşünməsi üçün daha bir imkandır.
Bu bayram günündə bir daha əminliklə deyə bilərəm ki, Azərbaycan və Moldova arasında əməkdaşlıq münasibətləri gələcək illərdə də davamlı və müsbət məcrada inkişaf edəcək.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə,
Vlad Plahotnyuk
Moldova Demokratik Partiyasının
sədri
Azərbaycan.- 2018.- 31 may.- S.3.