Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə
Türk Şurasının
Katibliyi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan
xalqını səmimi
qəlbdən təbrik
edir, ən xoş arzu və
diləklərimi çatdırıram.
Yüz illiyini qeyd etdiyimiz respublikamız Sizin
uğurlu siyasətiniz
və liderliyiniz sayəsində regionun ən inkişaf etmiş ölkəsinə
çevrilmişdir və
dünya arenasında yerini və nüfuzunu gündən-günə
daha da möhkəmlətməkdədir.
Eyni zamanda, Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə qeyd
edir və vurğulamaq istəyirəm
ki, verdiyiniz mühüm töhfələr
nəticəsində türk
dünyası birliyi, bərabərliyi daha da möhkəmlənmiş
və çoxtərəfli
əlaqələrimiz yeni
mərhələyə qədəm
qoymuşdur.
Zati-aliləri, bu xoş fürsətdən
istifadə edərək,
Sizə möhkəm cansağlığı və
ali dövləti
fəaliyyətinizdə yeni
uğurlar, Azərbaycan
xalqına isə rifah və firavanlıq
arzu edirəm.
Dərin hörmətlə,
Ramil Həsən
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Azərbaycan.- 2018.- 31 may.- S.3.