Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan dövlətçiliyinin əsası qoyulmuşdur. Ötən dövr ərzində Azərbaycan mühüm uğurlara imza atmışdır və iqtisadiyyatda, elmdə, mədəniyyətdə əldə etdiyi nailiyyətlərlə fəxr edə bilər. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikası dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi sahəsində böyük müvəffəqiyyətlər qazanmışdır.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına isə daimi tərəqqi, sülhrifah arzulayıram.

Dərin hörmətlə,

 

Əlişir Usmanov

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti

 

Azərbaycan.- 2018.- 31 may.- S.3.