Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Los-Ancelesdəki yəhudi icmasının liderləri olaraq, müsəlman dünyasında ilk dünyəvi respublika (1918-1920) və qadınlara səsvermə hüququ vermiş (1919) ilk müsəlman ölkəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Çox şadıq ki, Azərbaycan xalqı bu tarixi ildönümü özünün yenidən müstəqil olan və çiçəklənən dövləti – Azərbaycan Respublikası ilə qeyd edir.

Sovet İttifaqının süqutundan ötən 27 il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirib, bölgədə önəmli iqtisadi gücə və beynəlxalq səviyyədə nüfuzlu bir dövlətə çevrilib.

Enerji təhlükəsizliyindən tutmuş beynəlxalq terrorizmlə mübarizə və iqtisadiyyatın şaxələndirilməsinədək bir çox mühüm sahələrdə əməkdaşlığı davam etdirən Azərbaycan ilə ABŞ arasında yaranmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk.

Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan və Bakıda səfirliyini təsis edən İsrail ilə Azərbaycan arasında yaxın dostluq münasibətlərinə də böyük dəyər veririk. Ötən dövr ərzində Azərbaycan-İsrail tərəfdaşlığı inkişaf edərək iki ölkə üçün yüksək önəm daşıyan bir çox sahələri əhatə edib.

Bu nümunəvi ikitərəfli münasibətlər, eləcə də hər iki ölkənin xalqları arasındakı əlaqələr gündən-günə güclənərək sarsılmaz və davamlı körpülərin yaranmasına gətirib çıxarıb.

İki min ildən çoxdur Azərbaycanda yaşayan qədim yəhudi icması Azərbaycan ilə İsrail arasında bu körpülərin saxlanılmasında mühüm rol oynamaqdadır ki, bu da nadir bir fenomendir. Qeyri-sabit regionda yerləşməsinə baxmayaraq, Azərbaycanda antisemitizmin hər hansı bir formasının mövcud olmaması, həmçinin müsəlman, yəhudi və xristianların bütün hüquq və azadlıqlara malik olaraq, sabit və təhlükəsiz şəraitdə dinc birgə yaşamaları Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və qarşılıqlı hörmət mühitinin mövcudluğunun bariz göstəricisidir. Sizin uzaqgörən liderliyinizbir-biri ilə ahəng təşkil edən bu dəyərlərin bir müstəsna hal deyil, gündəlik həyat tərzi olmasını təmin etmək istiqamətində göstərdiyiniz nümunə olduqca təqdirəlayiqdir.

Los-Ancelesdəki yəhudi icması Azərbaycanın buradakı Baş konsulluğu ilə bir çox siyasi və mədəni məsələlər, o cümlədən burada yerli icmaların ölkənizdə yüksək hörmət göstərilən yəhudi icması və Azərbaycanın İsrail Dövləti ilə möhkəm tərəfdaşlığı barədə məlumatlandırılması sahələrində açıq dialoq və sıx münasibətlər saxlanmaqdadır.

Bu tarixi ildönümü münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ölkənizə böyük uğurlar və davamlı tərəqqi arzulayırıq.

Dərin hörmətlə,

 

Maykl Tuşin

Böyük Los-Anceles Yəhudi Federasiyasının

İdarə Heyəti İcraiyyə Komitəsinin üzvü,

Universitet Sinaqoqunun sabiq prezidenti

 

Ravvin Abraham Kuper

Simon Vizental Mərkəzinin sədr müavini

 

Skot Edelman

Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin prezidenti

 

Cey Senderson

Böyük Los-Anceles Yəhudi Federasiyasının prezidenti baş icraçı direktoru

 

 

Ravvin Morli Fainstayn

Universitet Sinaqoqunun baş ravvini,

Cənubi Kaliforniya Ravvinlər Şurasının sabiq prezidenti

 

Ravvin Maykl Qotlib

Kehillat Maarav Qərb Sinaqoqunun baş ravvini

 

Ravvin Coel Saymonds

Ədalət naminə Yəhudi Mərkəzinin icraçı direktoru

 

Riçard Paçulski

Wilshire Boulevard Sinaqoqunun sabiq prezidenti

 

Ancela Maddahi

Los-Anceles Sinay Sinaqoqunun prezidenti

 

Suzan Azizzade

Amerikadakı İran Yəhudiləri Federasiyasının prezidenti

 

Ravvin Devid Şofet

Nessah Sinaqoqunun qurucusu baş ravvini