Almaniya Bundestaqının deputatı: Azərbaycan regionda vacib rola sahib ölkədir

 

Mayın 30-da ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Nikolas Löbel Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonağa ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verib.

Bildirib ki, Azərbaycan çətin regionda, çətin coğrafi məkanda gələcəyə ümidlə baxan müstəqil ölkədir. Azərbaycan Şərqlə Qərb arasında bir qapıdır. Həyata keçirilən TAP TANAP layihələri Azərbaycan-Avropa münasibətlərinin uğurudur.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüş üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının deputatı Nikolas Löbel bildirib ki, Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır. Bu ölkədə olmaqdan böyük məmnunluq keçirirəm. Azərbaycan regionda vacib rola sahib ölkədir. Bu baxımdan da region dövlətləri içərisində ilk səfərini Bakıya etdiyini deyən qonaq ölkəmizlə yaxından maraqlandığını qeyd edib. Qonaq Azərbaycandakı mövcud dövlət-din münasibətlərini yüksək qiymətləndirərək, demokratik inkişaf yolunda əldə olunan uğurları xüsusi vurğulayıb. Bakıya səfəri zamanı Cənub Qaz Dəhlizinin açılışı prosesini yaxından izlədiyini deyən qonaq bildirib ki, bu Almaniya üçün çox vacib layihədir. Bu layihənin reallaşması üçün Azərbaycan hakimiyyəti cəsarətli uzaqgörən addım atıb.

Söhbət zamanı almaniyalı parlamentari xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbrik edib.

Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Xanlar Fətiyev, Asim Mollazadə Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab iştirak ediblər.

 

Azərbaycan.- 2018.- 31 may.- S.6.