Kuba Respublikası Dövlət Şurasının və
Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə
Hörmətli cənab Sədr,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 may 2018-ci il.
Azərbaycan.- 2018.- 20 may.- S.1.