“Azərbaycan Respublikasında vətəndaşların
pul gəlirlərinin və əmanətlərinin
indeksləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 687, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 8, maddə 691; 2007, ¹ 5, maddə 401; 2017, ¹ 6, maddə 1057) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin birinci hissəsinin üçüncü abzasından “işsizliyə görə,” sözləri çıxarılsın.
2. 6-cı maddənin ikinci hissəsinin yeddinci abzası ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel
2018-ci il
Azərbaycan.- 2018.-20 may.- S.2.