“Ünvanlı dövlət sosial
yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1005; 2008, ¹ 6, maddə 474, ¹ 7, maddə 602, 2015, ¹ 3, maddə 257) 3-cü maddəsində “orqanında” sözündən sonra “dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel
2018-ci il
Azərbaycan.- 2018.-20 may.- S.2.