Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 12, maddə 718; 2007, ¹ 5, maddə 460, ¹ 11, maddə 1117; 2008, ¹ 6, maddələr 496, 497; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 182; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1115; 2014, ¹ 10, maddə 1180; 2015, ¹ 8,  maddə 913; 2016, ¹ 5, maddə 880, ¹ 6, maddə 1031; 2017, ¹ 3, maddə 388, ¹ 6, maddə 1070, ¹ 9, maddə 1636) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinin birinci cümləsinə “qurumlar” sözündən sonra “(xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.)” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2018-ci il

 

Azərbaycan.- 2018.- 20 may.- S.2.