Rəsmi qarşılanma mərasimi
Serbiya Prezidenti
Aleksandr Vuçiçin
Azərbaycana rəsmi
səfəri
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının
Prezidenti Aleksandr Vuçiçin mayın
21-də rəsmi qarşılanma
mərasimi olub.
AZƏRTAC xəbər
verir ki, hər iki ölkənin
dövlət bayraqlarının
dalğalandığı meydanda
Serbiya Prezidentinin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Serbiya Respublikasının və
Azərbaycan Respublikasının
dövlət himnləri
səsləndi.
Azərbaycan Respublikasının dövlət
və hökumət nümayəndələri Prezident
Aleksandr Vuçiçə,
Serbiya nümayəndə
heyətinin üzvləri
Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdirdilər.
Azərbaycan.- 2018.- 22 may.- S.1.