Azərbaycan və Serbiya prezidentlərinin təkbətək
görüşü olub
Mayın 21-də rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Serbiya
Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək
görüşü olub.
AZƏRTAC xəbər verir ki,
görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz
arasındakı əlaqələrin daha da genişləndirilməsi
üçün yaxşı potensialın olduğu bildirildi.
Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi
səfərinin ölkələrimiz arasında əməkdaşlığın
inkişafına töhfə verəcəyi diqqətə
çatdırıldı.
Söhbət zamanı ikitərəfli
münasibətlər və qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-
2018.- 22 may.- S.2.