Azərbaycan və Serbiya prezidentlərinin
geniş tərkibdə görüşü
Mayın 21-də təkbətək görüş
başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti
Aleksandr Vuçiçin
nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
görüşü olub.
AZƏRTAC xəbər verir ki,
prezidentlər görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram,
Azərbaycana xoş gəlmisiniz. Biz Sizin
səfərinizə çox
böyük əhəmiyyət
veririk. Əminəm ki, səfər
çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin
inkişafı üçün
böyük dəstək
olacaq.
Bizim əlaqələrimiz çox
uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji
tərəfdaşıq. Son illər ərzində
əldə edilmiş
uğurlar deməyə
əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla
inkişaf edəcəkdir.
Biz beynəlxalq təşkilatlarda bir-birimizi
dəstəkləyirik, iqtisadi
sahədə əməkdaşlıq
aparılır. Əminəm ki, bu gün
aparılan danışıqlar
nəticəsində bu
sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə
çox gözəl əməkdaşlıq var.
Əlbəttə, bölgədə gedən
proseslərlə bağlı
biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin
çox böyük əhəmiyyəti var. Biz gələcəkdə
energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq
edə bilərik.
Bu məsələlərlə
bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim
münasibətlərimiz yeni
mərhələyə, yeni
pilləyə qalxacaqdır.
Bir sözlə, biz münasibətlərimizin
inkişafı ilə
bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya
bizim üçün
dost ölkədir və
əminəm ki, bu dostluq əlaqələri
bundan sonra da davam etdiriləcək.
Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər
zamanı əldə edilmiş razılaşmalar
gələcək uğurlu
əməkdaşlığımızı
daha da möhkəmləndirəcəkdir.
Bir daha xoş gəlmisiniz.
***
Serbiya Prezidenti
Aleksandr VUÇİÇ dedi:
-Hörmətli cənab Prezident.
İlk növbədə, Sizi prezident seçkilərində
qazandığınız inamlı
qələbə münasibətilə
təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzulayıram. Eyni zamanda, Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə də
təbrik etmək istəyirəm.
Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir.
Biz burada - Azərbaycanda,
Bakı şəhərində
özümüzü ən
yaxın dostlarımızın
evində hiss edirik.
Cənab Prezident,
mən Sizin
fəaliyyətinizə xüsusilə
böyük önəm
verirəm. Siz çox böyük
səylər göstərirsiniz
ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırkı çox gərgin bir şəraitdə Siz ölkənizi firavanlıq
yolu ilə irəli aparırsınız.
Bununla yanaşı, Sizin siyasətinizi
dəstəkləyən bütün
ölkələrlə yaxşı
münasibətlər qurmusunuz.
Bu, olduqca çətin
bir məsələdir.
Biz Serbiya olaraq
bu siyasətə böyük önəm verir və hörmət
bəsləyirik.
Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər
kifayət qədərdir. Azərbaycanın maraqları baxımından
Serbiyada görüləcək
bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz
işlər çoxdur.
Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri
Azərbaycana cəlb oluna bilər.
Məlumat vermək
istərdim ki, bu il bizim
iqtisadi artımımız
4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumata görə, Sizin də
qeyri-neft sektorunda 3 faiz artım olmuşdur. Bu münasibətlə
də Sizi səmimi qəlbdən təbrik edirəm.
***
Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç Xəzər dənizinin mənzərəsini seyr etdilər.
Azərbaycan.- 2018.- 22 may.- S.2.