Azərbaycan nümayəndə heyəti San-Fransiskoda Kaliforniya siyasi xadimləri ilə görüşlər
keçirib
Kaliforniyada səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti San-Fransisko Şəhər Şurasının üzvü Norman Yi və Kaliforniya ştat senatoru Ceri Hill ilə görüşlər keçirib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin bir sıra kilsələrdə və sinaqoqda olub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüşlərdə iştirak edib.
Görüşlər
zamanı Azərbaycanın tarixi
tolerantlıq və zəngin multikulturalizm
ənənələri haqqında geniş
məlumat verilib. Azərbaycanda
İslam dini ilə
yanaşı, digər dinlərə mənsub insanların
qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq
şəraitində yaşadıqları diqqətə
çatdırılıb, həmçinin bu
ənənələrin artıq ölkəmizdə dövlət
siyasəti səviyyəsinə yüksəldildiyi vurğulanıb.
Azərbaycan.-
2018.- 22 may.- S.7.