İlham Əliyev 98-ci məcbiri
köçkün şəhərciyinin
açılışını etdi
Prezidentin
növbəti töhfəsi olan 9 mərtəbəli 11
yaşayış binası dünən 1026 ailənin istifadəsinə
verildi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun
Lökbatan qəsəbəsinin şimal-şərqində
Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi
köçkünlər üçün salınmış
“Qobu Park” yaşayış kompleksinin
açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Rövşən Rzayev və “Paşa Holding” şirkətinin
nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev
kompleksdə görülən işlərlə bağlı
dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, yaşayış
kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin
sifarişçisi “Paşa Holding”, podratçısı isə
“Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli
2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın
iştirakı ilə qoyulub. Tikinti işləri yüksək
səviyyədə həyata keçirilib və bu ilin may
ayında başa çatdırılıb.
Layihə üzrə hər biri 2
bloklu, 9 mərtəbəli 1026 mənzilli 11 yaşayış
binası inşası olunub. Yaşayış kompleksinə
üçmərtəbəli məktəb binası və
uşaq bağçası daxildir. Yeni yaşayış
kompleksində digər zəruri infrastruktur obyektləri - 350
yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri
və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə
35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət
parkı salınıb, uşaq meydançaları
yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı
və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin
qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya
şəbəkəsi yaradılıb.
Dövlətimizin
başçısına məlumat verildi ki, bu
yaşayış kompleksi ölkə üzrə məcburi
köçkünlər üçün salınan sayca 98-ci
şəhərcikdir. Prezident İlham Əliyevin Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması
istiqamətində həyata keçirdiyi tədbirlər,
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
üçün görülən işlər bu kateqoriyadan
olan soydaşlarımızın hər zaman diqqət və
qayğı ilə əhatə olunduğunu göstərir.
Qaçqın və məcburi köçkünlərin
müvəqqəti yaşayış yerləri və
çadırlardan müasir tələblər səviyyəsində
inşa edilən qəsəbələrə
köçürülməsi dövlətin bu insanlara
göstərdiyi diqqətin təzahürüdür.
Qaçqın və məcburi köçkünlərin maddi
rifahının yaxşılaşdırılması
üçün dövlət proqramları qəbul edilib,
sosial müavinətlərin artırılması istiqamətində
mühüm tədbirlər görülüb.
Bu istiqamətdə atılan
mühüm addımlardan biri də 2017-ci il martın 9-da
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə
Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr edilən
müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva
müşavirədəki çıxışında
ağır vəziyyətdə, qəzalı və
yararsız binalarda məskunlaşan məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması ilə bağlı
tapşırıqlarını verdi. 2017-ci ilin may ayında
Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi
üçün inşa edilən “Ümid” yaşayış
kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır,
Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində
470 mənzil məcburi köçkünlərə təqdim
edildi.
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə
yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, buradakı mənzillərdən
108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı
üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin
ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər
təmir edilib və mətbəx mebeli ilə təchiz olunub.
Yeni yaşayış kompleksində hazırda qəzalı
binalarda məskunlaşmış 1026 məcburi
köçkün ailəsi mənzillə təmin olunacaq.
Qeyd edək ki, 2007-ci ildə
ölkədəki 12 çadır düşərgəsinin ləğv
edilməsi ilə başlanan proses nəticəsində
qaçqın və məcburi köçkünlər
üçün indiyədək 3,2 milyon kvadratmetr
yaşayış sahəsi olan müasir qəsəbələr
və çoxmərtəbəli binalardan ibarət
yaşayış kompleksləri salınıb. İndiyədək
52 min 500 ailənin və ya 265 mindən çox
qaçqın və məcburi köçkünün mənzil
şəraiti yaxşılaşdırılıb. Bu işə
2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan
insanların sosial problemlərinin həlli üçün
indiyədək 6,6 milyard manat vəsait xərclənib. Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində
mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat
güzəştli kredit verilib. Ötən dövrdə 200 min
məcburi köçkün büdcə təşkilatlarında
və digər sahələrdə daimi işlə təmin
edilib. Bununla da məcburi köçkünlər arasında
yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək
azalıb.
Sonra dövlətimizin
başçısı və birinci xanım 222 yerlik “Şirin
Bala” uşaq bağçasında yaradılan şəraitlə
də tanış oldular.
Qeyd edildi ki, burada balacaların təlim-tərbiyəsi
üçün bütün imkanlar var. On bir qrupun fəaliyyət
göstərəcəyi bağça uşaqların
zövqünə uyğun qurulub, onların
rahatlığını, istirahətini və ilkin biliklərə
yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər
uşaqların sevimli nağıl qəhrəmanlarının
şəkilləri ilə bəzədilib. Binada
videomüşahidə, yanğınxəbərverici sistemlər
quraşdırılıb, uşaq bağçası zəruri
mebel-inventar və avadanlıqla təchiz edilib.
Bağçanın yerləşdiyi ərazidə
genişmiqyaslı abadlıq-quruculuq işləri
görülüb, müxtəlif çiçək və
gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və
quruculuq işləri görülüb.
Daha sonra yaşayış
kompleksində tikilmiş tam orta məktəbdəki şəraitlə
tanış olan Prezident İlham Əliyevə və birinci
xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil
ocağı 624 şagird yerlikdir. Yüksək şəraiti
ilə seçilən, müasir təlim avadanlıqları ilə
diqqət çəkən bu təhsil ocağında təlim-tədris
üçün hər cür şərait yaradılıb. Məktəbin
kompüter otağında şagirdlər informasiya
texnologiyalarının sirlərinə yiyələnəcəklər.
İdman zalı da zəruri avadanlıqla təchiz edilib və
burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul
olmaları üçün hər cür imkan var. Akt
zalında müxtəlif tədbirlər keçirmək
mümkündür.
Prezident İlham Əliyevin təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir
ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri
sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır,
bölgələri də əhatə edir, doğma
yurdlarından didərgin düşən
soydaşlarımızın təhsilinin yüksək səviyyədə
qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət
səviyyəsində həyata keçirilən bu fəaliyyət
proqramına verdiyi dəstək isə öz nadirliyi ilə
seçilir.
Məktəblə
tanışlıqdan sonra Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə
görüşdülər.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
- Əziz dostlar, mən sizi “Qobu
Park” yaşayış kompleksinin açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Bu
gözəl hadisə bir daha onun göstərir ki, Azərbaycan
vətəndaşı, ağır vəziyyətdə
yaşayan soydaşlarımız, məcburi
köçkünlər daim diqqət mərkəzindədirlər.
Bu kompleksin yaradılması Azərbaycan
dövlətinin siyasətini göstərir,
köçkünlərə olan qayğının təzahürüdür.
Cəmi bir il ərzində bu gözəl yaşayış
kompleksi yaradılıbdır. Düz bir il bundan əvvəl
bu kompleksin təməli qoyulmuşdur. O vaxt Mehriban Əliyeva təməlqoyma
mərasimində iştirak etmişdir. Cəmi bir il ərzində
gözəl yaşayış kompleksi yaradılıb.
Bu gün
açılışına toplaşdığımız
kompleksin bütün infrastrukturu yaradılıb. Elektrik, su,
qaz xətləri, bütün infrastruktur məsələləri
həll olunub, yollar çəkilib, həm qəsəbədaxili,
həm də magistral yola çıxış yolu
salınıbdır. Doqquzmərtəbəli on bir
yaşayış binası tikilib, gözəl şərait
yaradılıb. Mən indi mənzillərlə tanış
olmuşam. Mənzillərin ümumi sahəsi 73 min
kvadratmetrdir. Gözəl məktəb - 624 şagird yerlik,
uşaq bağçası - 220 nəfərlik, tibb məntəqəsi,
poçt məntəqəsi, polis məntəqəsi, yəni,
yaşamaq üçün bütün şərait
yaradılıb və ən yüksək səviyyədə.
Gözəl ictimai zonalar yaradılıb, ağaclar əkilib,
parklar salınıb. Hesab edirəm ki, bu, köçkün
şəhərciklərinin arasında öz gözəlliyi və
şəraiti ilə seçilən mərkəzlərdən
biridir.
Bu şəhərciyin özəlliyi
ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal
iştirak edib, əslində, bunun təşəbbüskarı,
icraçısı olub. Son vaxtlar sahibkarlar bir çox sosial
layihələr icra edirlər. Mən bu məsələ ilə
bağlı dəfələrlə öz fikirlərimi
bildirmişdim, demişdim ki, sahibkarların sosial məsuliyyəti
artmalıdır. Sahibkarlara Azərbaycanda gözəl şərait
yaradılıb. Azərbaycan sahibkarlıq üçün
çox gözəl ölkədir. Gözəl investisiya
iqlimi yaradılır. Sabitlik, əmin-amanlıq hökm
sürür. Biznesin inkişafı bizim dövlət siyasətimizdir.
Bizim ümumi daxili məhsulumuzun 80 faizi özəl sektorda
formalaşır. Belə olan halda daim mən sahibkarlara
müraciət edərək tövsiyə etmişdim ki, onlar
sosial layihələrə daha böyük diqqət göstərsinlər.
Bu, bu sahədə görülən işlər arasında ən
genişmiqyaslı layihədir. Bu günə qədər
sahibkarlar məktəb, uşaq bağçası tikintisi ilə
fəal məşğul olmuşlar. Ancaq məcburi
köçkünlər üçün bu ölçüdə,
bu miqyasda yaşayış mərkəzinin yaradılması
ilk dəfə baş verir.
Bu yaşayış kompleksinin
maliyyələşməsində də sahibkarlar iştirak
ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait
ayırmayıb. Buna görə bu işi görən “Paşa
Holdinq” şirkətinə öz təşəkkürümü
bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda
böyük quruculuq işləri ilə məşğuldur,
ölkə iqtisadiyyatının müxtəlif sahələrinə
böyük investisiyalar qoyur, minlərlə iş yerinin
yaradılmasına çalışıb və nail olub. Bu
gün bu şirkətin sosial məsuliyyəti göz
qabağındadır.
Hesab edirəm ki, bu gözəl təşəbbüs
digər böyük şirkətlər üçün də
nümunə olmalıdır. Əminəm ki, növbəti
illərdə məcburi köçkünlər
üçün tikiləcək yeni yaşayış şəhərciklərində,
mərkəzlərində özəl sektor da fəal
iştirak edəcək. Ancaq təbii ki, əsas məsələni,
əsas işləri dövlət öz üzərinə
götürüb. Son illərdə dövlət xətti ilə
köçkünlər üçün yüzə yaxın
şəhərcik salınmışdır, istifadəyə
verilmişdir. Mən onların bir çoxunun
açılışında şəxsən iştirak
etmişəm.
Biz hər il minlərlə
köçkünü evlərlə təmin edirik. Bu il 20 min
köçkün yeni mənzillərlə, evlərlə təmin
ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil
var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı
şəraitdə yaşayacaq.
Məcburi köçkünlərin
problemlərinin həlli və yaşayış şəraitinin
yaxşılaşdırılması, məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı
uğurla icra edilir. Qeyd etdiyim kimi, yüzə yaxın
köçkün şəhərciyi salınıb. Bu məqsədlərə
dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim
kimi, hər il minlərlə ailə evlərlə təmin
olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər
ərzində görülmüş işlər nəticəsində
285 min köçkün artıq evlərlə təmin
olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə
köçəcəkdir.
Dövlət bu istiqamətdə
öz siyasətini davam etdirir. Qeyd etdiyim kimi, özəl sektor
da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı
olan şirkətlər ehtiyac içində yaşayanlar
üçün gərək şərait yaratsınlar. Bu
gözəl təşəbbüs əminəm ki, Azərbaycanda
geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən
bundan sonra da məcburi köçkünlərin problemlərinin
həlli üçün çalışacaq. Həm bu il, həm
gələn il sosial layihələr icra ediləcək. Biz,
qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail
ola bilmişik. Salınan şəhərciklər arasında
Cocuq Mərcanlı qəsəbəsinin bərpasını mən
xüsusilə qeyd etmək istərdim. Keçən il o qəsəbənin
yenidən qurulmasının açılışında
iştirak etmişəm. Orada hazırda 150 ev, məktəb,
uşaq bağçası, məscid tikilib. Ermənilər tərəfindən
dağıdılmış Şuşa məscidinin bənzərini
biz Cocuq Mərcanlıda inşa etdik.
Cocuq Mərcanlı kəndinin bərpası
Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir.
Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt
işğalla barışmayacaq. Bu, bir daha onu göstərir
ki, bütün məcburi köçkünlər bir arzu ilə
- öz doğma torpaqlarına qayıtmaq arzusu ilə
yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq.
Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel
döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən
sonra mümkün olmuşdur. Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının ərazilərinin bir hissəsi
işğalçılardan təmizlənəndən sonra bu
qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan
Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan
xalqı bir daha göstərdi ki, heç vaxt işğalla
barışmayacaq və nəyin bahasına olursa-olsun öz
doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi
bütövlüyünü bərpa edəcək. Bir daha demək
istəyirəm ki, biz bu qəsəbənin timsalında
köçkünlərin arzularını, niyyətlərini
görürük. Cocuq Mərcanlıdan olan vətəndaşlar,
uzun illər müxtəlif yerlərdə yaşamış
insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə
üstünlük verirlər. İndi orada həyat
canlanır, şərait yaradılır, həm yaşamaq
üçün, həm işləmək üçün
bütün infrastruktur yaradılıb.
Bu, bir daha onu göstərir ki, biz
bu gün dağılmış vəziyyətdə olan
bütün şəhərlərimizi işğaldan azad edəndən
sonra tezliklə bərpa edəcəyik. İşğal
altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz,
məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən
dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz
dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir.
Dağıdılmış bu binaların, evlərin, məscidlərin
görüntüləri erməni vəhşiliyinin
yırtıcı xislətini göstərir. Ancaq biz
torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə
şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya,
Şıxarx qəsəbəsinə qayıtmışıq.
Şıxarx qəsəbəsinin, işğaldan azad
edilmiş torpaqlarda bu böyük qəsəbənin
salınması bir daha onu göstərir ki, biz
torpaqlarımızı işğalçılardan azad edəndən
sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki,
Azərbaycan dövlətinin gücü, Azərbaycan
xalqının iradəsi nəticəsində işğaldan
sonra bütün şəhərlərimizi bərpa edəcəyik
və o şəhərlərdə insanlar yaşayacaqlar,
quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ən böyük
ədalətsizlikdir. Bu işğal nəticəsində bizim
vətəndaşlarımız məcburi köçkün həyatı
yaşayırlar. Bütün beynəlxalq hüquq
normalarını pozan Ermənistan vəhşilik törədib.
Erməni faşizminin yırtıcı sifəti bu
münaqişənin nəticələrində
özünü büruzə verib. Ancaq Azərbaycan xalqı
tam əmindir ki, biz öz ərazi
bütövlüyümüzü bərpa edəcəyik, bunu
etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət
bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir
və güc bizim tərəfimizdədir. Bu gün dünya
miqyasında güc amili ön plana çıxır və
güclü ölkələr öz istəyinə nail ola
bilirlər. Azərbaycan da güclü ölkədir.
Güclü ordumuz, güclü iqtisadiyyatımız və
düşünülmüş siyasətimiz var.
Bu yaşayış kompleksi sizin
üçün müvəqqəti yaşayış yeridir.
Lakin biz istəyirik ki, müvəqqəti də olsa, şərait
yaxşı olsun. Ancaq işğaldan sonra biz belə gözəl
şəhərcikləri bu gün işğal altında olan
torpaqlarda mütləq yaradacağıq.
Sizi bu gözəl hadisə
münasibətilə bir daha təbrik edirəm. Sizə
cansağlığı, uğurlar arzulayıram.
***
Şuşadan olan məcburi
köçkün Vəsilə XƏLİLOVA onlara göstərilən
diqqət və qayğıya görə dövlətimizin
başçısına təşəkkür edərək
dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli Birinci vitse-prezident.
Bu gün bütün məcburi köçkünlər
adından Sizin qarşınızda çıxış etməkdən
sonsuz qürur hissi keçirirəm.
Hörmətli cənab Prezident, icazə
verin, əvvəlcə Sizi yenidən Prezident seçilməyiniz
münasibətilə bütün məcburi köçkünlər
adından bir daha səmimi qəlbdən təbrik edim. Bu, Azərbaycan
xalqının qələbəsi idi. Aprelin 11-də keçirilən
seçkilər xalqın Sizə olan böyük inamını,
sevgisini, yüksək etimadını bir daha sübut etdi. Sizin
mükəmməl inkişaf konsepsiyanız nəticəsində
Azərbaycan sürətlə inkişaf edərək regionda
lider dövlətə çevrilmişdir.
Əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulan məcburi köçkünlərə
dövlət qayğısı bu gün onun siyasi kursunun
layiqli davamçısı olan Sizin tərəfinizdən uğurla
həyata keçirilir.
2003-cü ildə Siz prezident seçkiləri
ərəfəsində ilk görüşünüzü də
məhz məcburi köçkünlərlə keçirdiniz.
Biləsuvar rayonu ərazisində onlar üçün salınmış
yeni qəsəbənin açılışında Siz ölkədə
bir dənə də olsun çadır şəhərciyinin
qalmayacağını bəyan etdiniz və buna da nail oldunuz.
Çadır şəhərcikləri artıq tarixə dönüb.
Dünyanın heç bir yerində məcburi köçkünlər
üçün bu qədər yeni mənzillər tikilib
istifadəyə verilməyib.
2016-cı ilin aprelində Azərbaycan
Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat
zamanı torpaqlarımızın bir hissəsinin, o cümlədən
Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsinin
xalqımızda böyük ruh yüksəkliyi yaratdığını
vurğulayan Vəsilə Xəlilova dedi:
- Sizin tapşırığınıza
əsasən Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri
olan məscidin tikilməsi biz şuşalıların qəlbində
ümid çırağını bir daha alovlandırdı.
Məcburi köçkün Vəsilə
Xəlilova Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində
qaçqın və məcburi köçkünlərin
sosial məsələlərinin həllinə
qayğının xüsusi yer tutduğunu bildirərək
dedi: .
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət
göstərdiyi bu illər ərzində Mehriban xanım mərhəmət,
nəciblik, xeyirxahlıq kimi dəyərləri özündə
birləşdirərək cəmiyyətin həssas təbəqələrindən
sayılan məcburi köçkünlərin sosial problemlərinin
aradan qaldırılması üçün bir sıra
mühüm layihələrin müəllifi olmuşdur.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında Heydər Əliyev Fondunun, şəxsən
Mehriban xanımın, Fondun vitse-prezidenti Leyla Əliyevanın
zəhməti danılmazdır.
Hörmətli birinci xanım, ötən
ilin mayında – müqəddəs Ramazan ayında Siz bu
yaşayış kompleksinin təməlini qoydunuz. O vaxt
yalnız maketini gördüyümüz bu yaşayış
kompleksi gözlənildiyindən də yüksək səviyyədə,
vaxtından əvvəl tikilib istifadəyə verildi. Artıq
bu gün minlərlə məcburi köçkün burada doğma
ev-eşiyinə qayıdanadək yeni və rahat mənzillərlə
təmin olunacaq. Bu illər ərzində Sizin bizə göstərdiyiniz
böyük diqqət və qayğı Vətən həsrəti
ilə yanan qəlbimizdə bir təsəlli olmuş, gələcəyə
nikbin baxmaq üçün bizə qol-qanad vermişdir.
Hörmətli cənab Prezident, biz
inanırıq ki, düşmən əsarətində olan
torpaqlarımız Sizin uğurlu daxili və xarici siyasətiniz
nəticəsində tezliklə işğaldan azad olunacaq, məcburi
köçkün adı xalqımız üçün tarixə
çevriləcək və Sizin bəyan etdiyiniz kimi, Azərbaycanın
üçrəngli bayrağı Xankəndidə,
Şuşada, işğaldan azad olunan digər
torpaqlarımızda dalğalanacaqdır.
Mənim bir müqəddəs arzum da
var, cənab Prezident. O gün olsun ki, Siz və Mehriban xanım
doğma Qarabağımızda, gözəl
Şuşamızda evlərimizin ən əziz qonağı
olasınız. Uca Yaradan Sizi qorusun.
***
Laçın rayonundan məcburi
köçkün Möhübbət HƏSƏNOV da minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm cənab Prezident,
xoş gördük. İcazə verin, ilk növbədə,
Sizi və Mehriban xanımı Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə səmimi qəlbdən təbrik
edək. Bu əziz gündə məcburi köçkün
ailələrinə, onların övladlarına bu
yaşayış kompleksini təqdim etdiyinizə görə məcburi
köçkünlər adından Sizə dərin təşəkkürümüzü
bildiririk. Çox sağ olun, Sizə minnətdarıq.
***
Sonda
xatirə şəkli çəkdirildi
Azərbaycan.- 2018.- 25 may.- S.1; 2.