Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 961-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 478; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 237, 241; 2003, ¹ 1, maddə 11, ¹ 6, maddə 256, ¹ 8, maddə 423; 2004,  ¹ 2, maddə 59, ¹ 6, maddə 415, ¹ 10, maddə 761; 2006, ¹ 2, maddə 67, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 11, maddə 932; 2007, ¹ 1, maddə 3, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə 348, ¹ 6, maddə 460, ¹ 8, maddə 707, ¹ 12, maddə 1048; 2009, ¹ 2, maddə 36; 2012, ¹ 6, maddə 497; 2013, ¹ 6, maddə 621; 2015, ¹ 3, maddə 244, ¹ 4, maddə 358, ¹ 10, maddə 1094; 2016, ¹ 1, maddələr 24, 27, ¹ 4, maddə 639; 2017, ¹ 1, maddə 24, ¹ 7, maddə 1301, ¹ 12, I kitab, maddə 2271) 47-ci maddəsinin 3-cü hissəsində “idman meydançalarının” sözlərindən sonra “və qəbiristanlıqların” sözləri əlavə edilsin.

                          

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

Azərbaycan.-2018.- 25 may.- S. 4.