“Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 3 aprel tarixli 1057-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsinin
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 3 aprel tarixli 1057-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan
Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
fəaliyyət istiqamətləri
üzrə müvafiq
işlərin görülməsi
üçün alınması
tələb olunmayan lisenziya və icazələrin siyahısını,
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla, iki
ay müddətində təsdiq
etsin;
1.3. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının
Ticarət Gəmiçiliyi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. “Azərbaycan
Respublikasının Ticarət
Gəmiçiliyi Məcəlləsinin
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 7, maddə
478; 2005, ¹ 2, maddə 69; 2006, ¹ 12, maddə 1053; 2007, ¹ 6, maddə
601; 2012, ¹ 12, maddə 1239; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 5, maddə
877; 2017, ¹ 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. ikinci-səkkizinci
abzaslar, müvafiq olaraq, 2.2-2.8-ci bəndlər
hesab edilsin;
3.2. aşağıdakı məzmunda
2.1-ci bənd əlavə
edilsin:
“2.1. Azərbaycan
Respublikası Ticarət
Gəmiçiliyi Məcəlləsinin
4.4-cü maddəsində (birinci
halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;”;
3.3. 2.2-ci bənddə
“Azərbaycan Respublikasının
Ticarət Gəmiçiliyi
Məcəlləsinin” sözləri
“həmin məcəllənin
4.4-cü maddəsində (ikinci
halda),” sözləri ilə əvəz edilsin;
3.4. 2.8-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.9-cu bənd əlavə
edilsin:
“2.9. həmin məcəllənin
4.4-cü maddəsində “qurum”
dedikdə “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyəti,
o cümlədən onun
strukturuna daxil olan qurumlar nəzərdə
tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 may 2018-ci il
Azərbaycan.- 2018.- 25 may.- S.4.