“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1046; 2017, ¹ 9, maddə 1655) 2.4-cü bəndinə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Vergilər Nazirliyi,” sözləri əlavə edilsin və həmin bənddən “, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2018-ci il

 

Azərbaycan.- 2018.- 25 may.- S.5.