Sahibkarlar Gününə həsr olunmuş konfransda iştirak edən sahibkarların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciəti

 

Möhtərəm cənab Prezident!

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafına yönəlmiş siyasətinin zati-aliniz tərəfindən böyük uğur və uzaqgörənliklə davam etdirilməsi digər sahələrdə olduğu kimi, iqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin etmiş, ölkəmizdə sağlam bazar münasibətləri, azad rəqabət mühitigüclü sahibkarlar təbəqəsi formalaşmışdır.

Məhz Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri və yeni dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir. Görülən işlər, genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır, yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin  rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac imkanları genişlənir.

Hazırda ölkə rəhbərliyinin təşəbbüsü ilə yerli istehsalın davamlı olaraq dəstəklənməsi, investisiyaların və ixracın təşviqi mexanizmlərinin uğurlu  tətbiqi, KiçikOrta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması Azərbaycan iqtisadiyyatında özəl bölmənin rolunun və rəqabət qabiliyyətinin artırılmasına mühüm təsir göstərməkdədir.

Sizin  rəhbərliyinizlə sahibkarlığın inkişafı sahəsində aparılan sistemli və ardıcıl islahatlar nəticəsində ölkə iqtisadiyyatı “Doing Business 2018” hesabatında 57-ci yerə, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pilləyə yüksəlmiş, Müstəqil Dövlətlər Birliyi məkanında isə əvvəlki illərdə olduğu kimi, liderliyini qoruyub saxlayır.

Bu siyasətin davamı olaraq müvafiq sərəncamınızla hər ilin 25 aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü kimi qeyd edilməsi özəl bölmənin inkişafına yüksək diqqət və qayğınızın əyani göstəricisi olmaqla, cəmiyyətdə sahibkarların nüfuzunun yüksəlməsinə təkan verir, sosial məsuliyyətimizi daha da artırır.

 

Möhtərəm cənab Prezident!

 

Aprelin 11-də keçirilmiş Prezident seçkiləri bir daha təsdiq etdi ki, Siz xalqın böyük etimadını qazanmış alternativsiz lidersizniz. Xalqımız son 15 il ərzində ölkədə görülmüş işləri bir daha yüksək qiymətləndirdi, Sizin Azərbaycanda sabitliyi, əmin-amanlığı, iqtisadi inkişafı təmin edən siyasətinizi dəstəkləyərək növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyinizə səs verdi.

Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməlidir. Biz sahibkarlar da prezident seçkilərində məhz Sizə səs verərək Azərbaycanın gələcək inkişafını bir daha dəstəklədik.

 

Möhtərəm cənab Prezident!

 

Biz, Sahibkarlar Gününə həsr olunmuş konfransın iştirakçıları Sizin rəhbərliyinizlə daha böyük iqtisadi uğurlara nail olacağımıza inanır və Sizi əmin edirik ki, dövlətimizin güclənməsi, rəqabətədavamlı istehsalın genişləndirilməsi, “Made in Azerbaijanbrendinin bütün dünyada  tanınması üçün öhdəmizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək, yaratdığınız əlverişli biznes mühitindən yararlanmaqla Azərbaycanın daha da qüdrətlənməsi üçün bütün qüvvəmizi səfərbər edəcəyik.

Sizə möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Azərbaycan.- 2018.- 26 may.- S.6.