“Azərbaycan
Respublikasının 2018-ci il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə”
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanını “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (I kitab), maddə 2324) 1.7.4.9-cu yarımbəndinin “Xərclərin istiqaməti” sütununda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu” sözləri “Azərbaycan Respublikasının Gənclər Fondu” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 may 2018-ci il
Azərbaycan.- 2018.- 27 may.- S.4.