Azərbaycan Milli
Məclisinin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının
100 illik yubiley tədbirində
iştirak edib
Bu gün Tbilisidə Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi geniş qeyd olunur.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirlərində iştirak etmək üçün 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Gürcüstana gəliblər.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili səhər saatlarında yubiley tədbirində iştirak etmək üçün bu ölkəyə gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Sonra qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində iştirak ediblər.
Burada Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş naziri Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker çıxış edib, gürcü xalqını bayram münasibətilə təbrik ediblər.
Qeyd edək ki, 26 may - Müstəqillik Günü Gürcüstanda 1991-ci ildən qeyd olunur. Gürcüstan Demokratik Respublikası ilk dəfə 1918-ci il mayın 26-da Noe Jordaniya tərəfindən elan olunub.
Azərbaycan.- 2018.-27 may.- S.4.