Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı yüksək səviyyədədir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin Cənub Qaz Dəhlizinin rəsmi açılışında XXV Beynəlxalq Neft Qaz Sərgisində iştirak etdiyinə görə minnətdarlığını bildirdi. Amerika Birləşmiş Ştatlarının bu tədbirlərdə belə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev qlobal enerji layihələrinin reallaşdırılmasında ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirdi ölkələrimizin uzun illər həyata keçirdiyi tərəfdaşlıq əlaqələrinin çox yaxşı nəticələr verdiyini dedi. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini ölkələrimiz arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə göndərdiyi məktuba görə təşəkkürünü bildirdi ABŞ Prezidentinin həmin məktubda əməkdaşlığımızın mühüm istiqamətlərindən olan enerji sahəsində əlaqələrin inkişafı barədə ifadə etdiyi fikirlərin münasibətlərimizin yüksək səviyyəsinin nümunəsi olduğunu vurğuladı.

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə dəvətə görə minnətdarlığını bildirən ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk ölkələrimiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini bu əlaqələrin regionda əməkdaşlığın genişləndirilməsi, həm , eyni zamanda, Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

Azərbaycan.- 2018.- 30 may.- S.4.