F.A.Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Xəzər NeftQaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə Fərid Adil oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2018-ci il

 

Azərbaycan.- 2018.- 30 may.- S.7.