Prezident İlham Əliyev “Microsoft”
şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin
Mərkəzi və Şərqi Avropa üzrə prezidenti Filip Roqu qəbul
edib.
AZƏRTAC xəbər
verir ki, görüşdə Azərbaycan
ilə “Microsoft” şirkəti
arasında səmərəli
əməkdaşlığın aparıldığı bildirildi,
bu təşkilatın
Azərbaycanda həyata
keçirdiyi bir sıra layihələrin önəmi qeyd olundu.
Filip Roq təmsil etdiyi şirkətin fəaliyyəti
ilə bağlı məlumat verdi.
Dövlətimizin başçısı Azərbaycanda
İKT sahəsinin qeyri-neft
sektorunun prioritet istiqamətlərindən biri
olduğunu vurğulayaraq,
ölkəmizdə bununla
bağlı görülən
işlərdən danışdı.
Söhbət zamanı əməkdaşlığın
perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.-30 may.- S.8.