Nazirlər Kabinetində
keçirilən görüşdə Azərbaycan-Yaponiya əlaqələri
müzakirə olunub
Mayın 29-da Azərbaycan
Respublikasının Baş
naziri Novruz Məmmədov Bakı Sərgi Mərkəzində
keçirilən XXV yubiley
Beynəlxalq Neft və Qaz sərgisində,
həmçinin Cənub
Qaz Dəhlizinin rəsmi açılış
mərasimində iştirak
etmək üçün
ölkəmizə səfərə
gələn Yaponiyanın
iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, səmimilik şəraitində keçən
görüşdə son illər
Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin
əhəmiyyətli dərəcədə
inkişaf etdiyi vurğulanıb. Yaponiya şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində uğurlu
iştirakının bu
əlaqələrin formalaşmasına
təkan verdiyini xatırladan tərəflər
Azərbaycan Hökuməti
ilə Yaponiya konsorsiumları arasında
qarşılıqlı faydalı
əməkdaşlığın bundan sonra da
intensiv davam etdiriləcəyinə əminlik
bildiriblər. Bu kontekstdə Yaponiyanın Dövlət Neft-Qaz Şirkətinin (JOGMEC) Azərbaycan
Respublikasının Dövlət
Neft Şirkəti ilə (SOCAR) birgə perspektivli neft-qaz bloklarında seysmik və geoloji tədqiqatlar aparmaq niyyətində olduğu nəzərə çatdırılıb.
Yaponiyalı mütəxəssislər neft-qaz laylarının kəşfiyyatı ilə
yanaşı, azərbaycanlı
həmkarları ilə
birgə texnoloji işlərin görülməsini
və təcrübə
mübadiləsinin aparılmasını
da nəzərdə tuturlar.
Yaponiyanın İNPEX və İTOÇU şirkətlərinin
ölkəmizdə səmərəli
fəaliyyət göstərdiyini
bir daha xüsusi qeyd edən Baş nazir Novruz Məmmədov
yaponiyalı qonaqlara gələcək birgə
əməkdaşlıqda uğurlar
arzulayıb.
Görüşdə tərəfləri maraqlandıran
bir sıra digər məsələlər
ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2018.- 30 may.- S.8.