Bakıda XXV BeynəlxalqXəzər Neft Qazsərgi konfransı ilə bağlı ziyafət təşkil olunub

 

Bakıda XXV BeynəlxalqXəzər Neft Qazsərgi konfransı ilə bağlı mayın 30-da ziyafət təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Xəzər Neft Qazsərgi konfransının 25 iliyi ilə bağlı təşkil edilmiş tədbirə qatılmaqdan məmnunluğunu bildirən E.Nikolson Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində Baş nazir Tereza Meyin Prezident İlham Əliyevə ünvanladığı məktubu oxumaqdan şərəf duyduğunu söyləyib. Baş nazirin ikitərəfli əlaqələri alqışladığını deyən E.Nikolson Böyük Britaniyanın Azərbaycanda ən böyük investor olduğunu bildirib: “Hər iki ölkə arasında əlaqələri genişləndirmək üçün potensial var. Neft qaz dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Birləşmiş Krallıq BP SOCAR ilə birgə fəaliyyət göstərərək yerli innovasiyaları təbliğ etməkdə mühüm rol oynamağa davam edəcək. Bizim qeyri-neft sektoruna nəzər salmağımız vacibdir. Bu sahələr təhsil, aqrobiznes, pərakəndə satış digərləridir”.

Azərbaycanın güclü ənənələrə malik ölkə olduğunu söyləyən Nikolson ölkəmizin 100 il əvvəl qadınlara kişilərlə bərabər səsvermə hüququ verdiyini vurğulayıb: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etdik. Bu, Azərbaycanın unikal imkanlara malik olduğunu göstərdi”.

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Cənub Qaz Dəhlizinin icrasında önəmli irəliləyiş əldə edilməsi münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini dəstəkləyib. Biz bu gün qazın Azərbaycandan Türkiyəyə nəqlini, gələcəkdə Avropa İttifaqına çatdırılmasını qeyd edəcəyik. Cənub Qaz Dəhlizi genişlənə bilən sistem vasitəsilə regiondakı ölkələrin birgə işləməsi üçün imkan yaradır. Birləşmiş Ştatlar müxtəlif agentliklər vasitəsilə bu layihəyə güclü dəstək verir. ABŞ layihənin uğurunu təmin etmək üçün dəhliz boyunca yerləşən ölkələrlə birgə işləyəcək.

Azərbaycanda olmasından məmnunluğunu dilə gətirən S.Oudkirk deyib ki, ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malikdir. Enerji təhlükəsizliyinin təyinat məntəqələrinin müxtəlifləşdirilməli olduğunu söyləyən ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Cənub Qaz Dəhlizi ilə Xəzərdə iqtisadi inteqrasiyanın artırılmasına kömək göstərə biləcəklərini diqqətə çatdırıb.

 

 

Azərbaycan.- 2018.- 30 may.- S.8.