Jan-İv Lö Drian: “Azərbaycan və Fransa
arasında yüksək iqtisadi əlaqələr
mövcuddur”
Uzun müddət idi ki, Fransanın xarici işlər naziri Azərbaycana səfərə gəlmirdi. Mənim bu
səfərim Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyi ərəfəsinə təsadüf
etdiyi üçün
əlamətdardır. Bu il Azərbaycan
və Fransa prezidentlərinin qarşılıqlı
səfərləri gözlənilir.
Bu da iki
ölkə arasındakı
əlaqələrin nə
dərəcədə yüksək
olduğunu göstərir.
AZƏRTAC xəbər
verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirilən görüşün
yekunlarına dair mətbuat konfransında deyib.
Jan-İv
Lö Drian qeyd edib ki,
Azərbaycan və Fransa arasında yüksək iqtisadi əlaqələr mövcuddur. İqtisadiyyatın bir çox sahələrində yaxşı
perspektivlər var. Bir
çox sahələrdə
iqtisadi əlaqələrin
daha da gücləndirilməsi
istiqamətində danışıqlar
aparılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı da danışıqlar davam etdirilir. Mövcud
status-kvo münaqişənin
həll variantı hesab edilə bilməz.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
bildirib ki, ölkələrimiz arasında
siyasi, iqtisadi və digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı. Bu günlərdə
AXC-nin 100 illiyi qeyd ediləcək.
AXC-nin Fransaya göndərdiyi bir çox tələbələr
bu ölkənin müxtəlif ali
təhsil müəssisələrində
təhsil alıblar. Azərbaycanda 50-də çox Fransa şirkəti fəaliyyət göstərir.
Bu şirkətlər arasında TOTAL-ı xüsusi
qeyd etmək istərdim.
Elmar Məmmədyarov fransalı
nazirlə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həlli məsələsinin
də müzakirə edildiyini diqqətə çatdırdı.
Azərbaycan.-
2018.- 30 may.- S.10.