Prezident İlham Əliyev: “Biz iqtisadi islahatların
aparılmasında ancaq öz
daxili imkanlarımıza güvənirik”
“İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 60-cı kitabı
çapdan çıxıb
Bəzi ölkələrin dövlət
borcu ümumi daxili məhsulun 100 faizini, ondan da çoxunu təşkil edir. Daim borc
götürən ölkələr
o borcu qaytarmalıdır.
Belə olan halda, ilk növbədə, o borcun qaytarılması üçün
sosial proqramların ixtisarı, maaşların
kəsilməsi hesabına
bunu etməyə çalışırlar. Ona görə iqtisadi inkişafın və iqtisadi tənəzzülün
sosial-humanitar aspektləri
çox ciddi təhlilə məruz qalmalıdır. Bizim təcrübəmiz
ondan ibarətdir ki, biz iqtisadi islahatların aparılmasında
ancaq öz daxili imkanlarımıza güvənirik.
AZƏRTAC xəbər
verir ki, “İnkişaf - məqsədimizdir”
çoxcildliyinin yenicə
çapdan çıxan
60-cı kitabında yer
alan bu
fikirləri Azərbaycan
Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 31-də Bakıda,
Heydər Əliyev Mərkəzində keçirilən
III Bakı Beynəlxalq
Humanitar Forumunun açılış mərasimində
söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin buraxılışına
məsul olduğu çoxcildliyin 60-cı kitabındakı
materiallar 2013-cü ilin
oktyabr-dekabr aylarını
əhatə edir.
Nəşrin bu cildində dövlətimizin
başçısının III Bakı Beynəlxalq Humanitar Forumunda, “Şahdəniz-2”
üzrə yekun investisiya qərarının
imzalanması mərasimində
iştirak etmək üçün ölkəmizə
gəlmiş dövlət
və hökumət rəsmiləri, nüfuzlu
ictimai-siyasi və dövlət xadimləri, habelə ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı
və BP şirkətinin
Bakıya səfər
etmiş təmsilçiləri
ilə görüşləri
barədə materiallar
toplanıb.
Azərbaycan Respublikası
Prezidentinin Türkiyəyə,
Ukraynaya rəsmi, Avstriya Respublikasına, Litva Respublikasına işgüzar səfərləri,
habelə Belarus Prezidentinin
Azərbaycana rəsmi
səfəri zamanı
dövlətimizin başçısının
keçirdiyi görüşlərə,
mətbuata bəyanatlarına,
sənədlərin imzalanma
mərasiminə dair materiallar da 60-cı kitaba daxil edilib.
Bu cilddə dövlətimizin başçısının
Bakının ev sahibliyi etdiyi bir sıra nüfuzlu
tədbirlərin iştirakçılarına,
o cümlədən ISESCO-ya
üzv ölkələrin
Uşaq Məsələləri
üzrə Məsul Nazirlərinin IV Konfransının,
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin VIII Sessiyasının,
Azərbaycan Müəllimlərinin
XIV Qurultayının, “Rus
İcması – 20 il Yeni Azərbaycanın Xalqlar Ailəsində” Respublika Konfransının
və digər tədbirlərin iştirakçılarına
müraciətləri yer
alıb. Habelə Azərbaycan Prezidentinin Bakı və Azərbaycan Yeparxiyasının
Pravoslav Dini-Mədəniyyət
Mərkəzinin açılışı
mərasimində iştirakına,
“Bakutel-2013” XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya
və İnformasiya Texnologiyaları sərgisində
və digər tədbirlərdə iştirakından
bəhs edən materiallar, müxtəlif çıxış və
nitqlərinin mətnləri
verilib.
Kitabda Prezident İlham Əliyevin Qusarda və Qubada turizm infrastruktur obyektlərinin, Bakıda nəqliyyat infrastrukturu ilə bağlı açılış mərasimlərində
iştirakına dair materiallar da toplanıb.
Kitaba “Qeydlər”,
“Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də
daxil edilib.
“Azərnəşr”
tərəfindən buraxılan
60-cı kitabın hazırlanmasında
Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-
2018.-31 may.- S.2.