Ramazan ayının başlanması münasibətilə təbrik

 

Əziz həmvətənlər!

Sizi Ramazan ayının - orucluq mənəvi yenilənmə, düşünmək dua etmək, bağışlamaq mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib xeyirxah işlər dövrüdür.

Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əxlaqi etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib.

Əminəm ki, Ramazan ayı birlik həmrəylik, hörmət qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin qəbul etsin. Sizə sülh, xoş günlər, səadət rifah arzulayıram.

 

Mehriban ƏLİYEVA,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 

Azərbaycan. - 2019.-7 may.- S.1.