Rusiya Federasiyasının
Prezidenti Zati-aliləri
cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç.
Şeremetyevo aeroportunda təyyarənin
qəza enişi nəticəsində çoxsaylı
insan tələfatı
barədə xəbər
məni dərindən
kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına,
bütün Rusiya xalqına dərin hüznlə başsağlığı
verirəm. Xəsarət alanların tezliklə
sağalmasını arzu
edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 may 2019-cu il.
Azərbaycan.- 2019.-7 may.- S.1.