Azərbaycanın müstəqilliyini möhkəmləndirən lider

 

Azərbaycanın özü qədər əbədi

 

Bütün həyatını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuş, XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi dünyada tanınan dahi şəxsiyyət - ümummilli lider Heydər Əliyevin anadan olmasından 96 il, hakimiyyətə gəlməsindən 50 il keçir. Yarım əsr öncə Azərbaycan xalqının bütün sahələrdə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi mərhələsi başlanmışdır. Bu yüksəliş ümummilli lider Heydər Əliyevin hakimiyyətə birinci gəlişi ilə bağlı idi. Heydər Əliyevin Azərbaycana iki dəfə rəhbərlik etdiyi dövrdə ölkə inkişaf yoluna qədəm qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə düzgün siyasət aparmış, xalqın maraqlarını müdafiə və təmin etmişdir.

Heydər Əliyev məqsədyönlü fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Ölkəmizin bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qəbul edilir ki, bu, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin, düzgün strategiyanın, dərin islahatların ardıcıl davam etdirilməsinin nəticəsidir.

Ulu öndərin müəyyən etdiyi siyasi xətdən danışarkən istər-istəməz onun birinci dəfə siyasi hakimiyyətə gəlişini xatırlamaq lazımdır. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrdə Heydər Əliyev ölkəmizi xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu.

Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru - ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Bu dövrdən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlar üçün geniş zəmin və şərait yaratmışdır.

Ulu öndərin "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında əbədi həkk olunmuşdur. Azərbaycan xalqının özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdiyi dövrdə - XX əsrin son onilliyində isə ümummilli liderin qoyub getdiyi inkişaf etmiş sənaye ölkəsi deyil, siyasi cəhətdən qarışıq, iqtisadi cəhətdən çökmüş, hərbi cəhətdən məğlub bir ölkə, işğal xəbərlərindən və daxili çəkişmələrdən yorulan xalq gözləyirdi. Bu mənzərə onu çəkindirmədi və vəziyyəti dəyişmək üçün doğru hesab etdiyi hər addımda qətiyyət nümayiş etdirdi.

Bu yaxın tarixin parlaq nəticəsi göz qabağındadır. Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyasında müəyyən olunan əsas hədəflər məhz Heydər Əliyev ideyalarından qaynaqlanır. Ölkənin enerji siyasəti Heydər Əliyevin yeni neft strategiyası əsasında qurulub, dünyanın müasir standartlarına uyğunlaşdırılıb. Təkcə enerji siyasəti deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyası ümummilli liderin ölməz ideyalarının gerçəkləşdirilməsi planıdır. Həmin inkişaf strategiyasını nəzərdən keçirərkən bir daha əmin oluruq ki, "Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” fikri təsadüfən formalaşmayıb. Bu fikrin əsaslandığı tarixi reallıq var. Reallıq ondan ibarətdir ki, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən dövlətin qurulması və möhkəmləndirilməsi bütün sahələrdə dərin islahatlarla mümkün idi. Davam edən müharibə şəraitinə baxmayaraq ulu öndər böyük risk və qətiyyətlə islahatlar konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirdi. Həmin islahatlar hər sahədə müsbət nəticə verdi. Məhz ulu öndərin ardıcıl səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinciikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyuldu, özəl sektor yaradıldı, ölkəyə böyük xarici sərmayələr cəlb edildi, sahibkarlıq üçün geniş imkanlar açıldı, sovet dövründən qalma fabrikzavodlar yerlixarici sahibkarlara verildi. Beləliklə, həm yeni sənaye sahələri, həm də yeni yerləri açıldı.

Heydər Əliyev təcrübəli siyasətçi və dövlət xadimi kimi bilirdi ki, yenicə müstəqillik qazanan və müharibə şəraitində olan ölkənin sabitliyi də, ərazi bütövlüyü də, xarici qüvvələrə qarşı müqavimət qabiliyyəti də, hətta sosial rifahı da inkişaf edən iqtisadiyyata bağlıdır. Odur ki, ulu öndər güclü iqtisadi baza formalaşdırılmasına xüsusi əhəmiyyət verirdi. Bu isə dərin islahatlarla mümkün idi. O deyirdi: "Bizim islahatlarımız bütün sahələrdə gedir. Təbiidir ki, biz birinci növbədə iqtisadiyyatda dəyişikliklər etməli idik, yəni iqtisadiyyatın vəziyyətini düzəltməli idik. Çünki iqtisadiyyat hər şeyin əsasıdır”.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə aparılması məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Onun rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı onlarla qanun qəbul edildi. Ümummilli liderin imzası ilə təsdiqlənən fərman və sərəncamlar, dövlət proqramları tarixə düşdü.

Bu bir həqiqətdir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin iqtisadi həyatında canlanma başladı. Azərbaycan dövlətini labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər gördü. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatı formalaşdı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər baş verdi. Həmin addımların hər birini ayrılıqda araşdırdıqda yenə Heydər Əliyev uzaqgörənliyi üzə çıxır. Azərbaycanın ozamankı məhdud imkanlarını nəzərə alaraq Heydər Əliyevin həmin dövrdə atdığı ilk addımlara nəzər salaq. İqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün o, respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni təmin etdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında, böyük təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi ki, bu da yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

İqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Heydər Əliyev müstəqil respublikada taleyüklü dəyişikliklərin əsasını qoydu. Onun rəhbərliyi altında müstəqil Azərbaycan bir çox ilkə meydan açdı. Heydər Əliyevin bir sıra cəsarətli islahatları Azərbaycanı inkişaf etməkdə olan dövlətlər siyahısında irəli çıxardı. Bu sahədə aparılan uğurlu siyasətin nəticəsini hər birimiz gördük. İndi ölkəmiz öz ərzaq təhlükəsizliyini təmin edən dövlətdir.

Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda intibahın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu. Getdikcə güclənən iqtisadiyyat daha çox sosial sahədə özünü göstərdi. Neftdən gələn gəlir artdıqca sosial layihələrin həcmi böyüdü, islahatlar sürətləndirildi.

Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə əhalinin real gəlirlərinin artırılması yeni dövlət quruculuğu prosesində ümummilli liderin ön plana çıxardığı hədəflərdən oldu. Əldə edilən maliyyə resurslarının sosial sahəyə yönəldilməsi, dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin həcminin ilbəil artırılması aztəminatlı ailələri ağır vəziyyətdən çıxartdı.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi oldu. Xalqın rifahının yüksəldilməsi onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etdi. Elə bunun nəticəsidir ki, yeni iqtisadi sistemə keçid dövründə ümummilli lider əsas strategiya kimi bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasına üstünlük verdisosial sahədə köklü dəyişikliklərə səbəb olan qərarlara imza atdı. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 1994-cü ildən başlayaraq ardıcıl, davamlı addımlar atıldı. "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərman, fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sənəd bu istiqamətdə dövlətin atdığı ilk addımlardan sayılır.

Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə sosial sahədə inkişafın təmin olunmasına xidmət edən 60-dan artıq sənədə imza atdı. Bunun nəticəsi olaraq ölkədə sosial sistemin köklü surətdə yenilənməsi, yeni milli modelin yaradılması məsələsi gündəmə gəldi və beləliklə, sosial siyasətin Heydər Əliyev modeli meydana çıxdı. Dayanıqlı və mükəmməl elmi-nəzəri əsaslara söykənən sosial siyasət yürüdən Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq, ilk növbədə, sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Ulu öndərin özünəməxsus yanaşması sayəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini hiss etmədi. Həmin dövrdə əhalinin həyat səviyyəsinin qorunması, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atıldı. Burada xüsusi qeyd etmək yerinə düşər ki, ümummilli liderin son fərmanlarından biripensiya sistemində islahatların aparılmasına aid olub. Bu da ümummilli liderin sosial siyasətində aztəminatlı ailələrə, ümumiyyətlə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına verdiyi önəmin daha bir nümunəsidir.

Səhiyyə və təhsil sistemində islahatlara start verən ümummilli lider ölkəmizdə yeni özəl klinikaların, aliorta məktəblərin açılmasına dəstək verdi. Bununla yanaşı, dövlət təhsil və səhiyyə ocaqlarında xidmətin keyfiyyəti də diqqətdən yayınmadı. Bir yandan xidmət yaxşılaşdırıldı, tibbi avadanlıqlarla təchizata önəm verildi, digər tərəfdən isə aztəminatlı ailələrin həmin xidmətlərdən pulsuz istifadəsi təmin edildi. Bunun nəticəsidir ki, indinin özündə də əhalinin maddi imkanı aşağı olan təbəqələri pulsuz səhiyyə və təhsil xidmətlərindən yararlanmaqdadır.

Ümummilli lider dövlətin vətəndaşları hər cür təbii fəlakət də daxil olmaqla, zərərlərdən sığortalaması məsələsini aktuallaşdırdı. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması çərçivəsində atılan addımlardan olan, əhali ilə yanaşı, hüquqi şəxslərinya bütövlükdə dövlətin risklərdən müdafiəsi məqsədilə həyata keçirilən icbari sığorta haqqında ilk qərarların da altında məhz ulu öndərin imzası var. Belə ki, hələ 1997-ci ildən etibarən ayrı-ayrı sahələrdə icbari sığortalar haqqında qanunlar hazırlanıb təsdiqləndi. 1997-ci ildə təsdiqlənən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunundan sonra ulu öndər 2002-ci ildə bir-birinin ardınca iki qanun - "İcbari ekoloji sığorta haqqında” və "Dövlət qulluqçularının icbari sığortası haqqında” qanunları imzaladı. Onun başladığı işin bu gündavam etdirilməsinin bariz nümunəsi olaraq qeyd edə bilərik ki, ötən il "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanuna əsasən işsiz qalanlar müəyyən dövr ərzində sığorta ödənişləri alacaqlar. Sığorta ödənişləri həmin şəxsin öz rəsmi əmək fəaliyyətində həyata keçirdiyi ayırmalar hesabına aparılacaq.

Son illər ölkəmizdə səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu sosial siyasətlə bağlıdır.

Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də ölkə rəhbəri tərəfindən Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, YevlaxAğdaş rayonlarının inzibati ərazilərində tətbiqinə başlanılan icbari tibbi sığorta 2020-ci ildən bütün ölkə ərazisində həyata keçiriləcək. Pilot layihənin tətbiqinin uğurlu nəticələri onun respublikada tətbiqinə zəmin yaratdı.

Bu gün dövlət başçısının apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsindədir ki, vətəndaşların sağlamlığının təmin olunması, onların keyfiyyətli tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır.

Artıq bu sahədə islahatlar aparılıb: nəinki pilot rayonlarda, eləcə də, bütün ölkədə səhiyyə sektorunda maddi-texniki baza gücləndirilib, yüksək texnoloji müdaxilə tələb edən tibbi əməliyyatları yüksək səviyyədə həyata keçirə biləcək kadr potensialına malik sistem qurulub. Sığorta sisteminin hüquqi bazasının yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, sığorta şəbəkəsinin yaranması, Azərbaycan vətəndaşlarının sığorta ilə tanışlığı, buna müsbət münasibətinin formalaşması və s. məqamlar icbari tibbi sığortanı ölkəmizdə tətbiq etməyə imkan verir. Bu zəmini isə ulu öndərin davamçısı Prezident İlham Əliyev yaradıb.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi xüsusi əhəmiyyət daşıyır. O, səhiyyənin yeni maliyyələşmə modelidir. İcbari tibbi sığortanın əsas məqsədləri səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsi və səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsidir. Eyni zamanda, fəaliyyət göstəricilərinə əsasən ödəniş sisteminin tətbiqi və səhiyyə sahəsində sağlam rəqabətin yaradılmasıdır.

"Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilk dəfə ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul edilib. 2018-ci ildə isə qanuna dəyişikliklər edilib. Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqiiqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

İcbari tibbi sığorta kimi, onlarla belə layihə var ki, əsası ulu öndər tərəfindən qoyulsa da, icrası dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirildi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasiiqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə də uğurla davam etdirildi. Ulu öndərin ən sadiq davamçısı İlham Əliyev bu konsepsiyanı özünəməxsus - yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirərək böyük bacarıqla tətbiq etdi. Nəticədə ölkə iqtisadiyyatında göstəricilər mütəmadi olaraq yüksəldi. Vaxtilə xarici investisiyalardan asılı Azərbaycan sonradan xaricdə investisiya qoymaq imkanına malik ölkəyə çevrildi. Hazırda ölkəmiz ən müasir texnologiyaları tətbiq etməklə gələcək inkişafını sürətləndirən ölkə kimi tanınır.

Vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlib. Keçdiyimiz qısa tarixi dövrsübut etdi ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir. Ümummilli lider tərəfindən uzaqgörənliklə, mükəmməl şəkildə müəyyən edilmiş strategiya dövlət başçısı İlham Əliyev tərəfindən dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyi nəzərə alınmaqla reallaşdırılır. Necə deyərlər, ulu öndərin irimiqyaslı neft-qaz layihələrinin gerçəkləşməsi və bu istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün şərait yaratdı. İlham Əliyevin isə dövlət quruculuğu modeli özünəməxsus ştrixlərlə diqqəti cəlb etdi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Ölkəmizin son 26 ildə iqtisadidemokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Prezident İlham Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin və kompleks inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır. Dövlət başçısının sosial siyasətinin də fəlsəfəsi əsasən ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı insan olmamalıdır.

2004-cü ildən icrasına başlanan respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları qeyri-neft sektorunun inkişafına, yeni yerlərinin açılmasına və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmətsosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan verib, bu istiqamətdə geniş imkanlar açıb.

Yaxın tarixi keçmişimizə nəzər saldıqda bir daha əminliklə demək olar ki, dövlətimizin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, 26 il əvvəl də belə idi, indi də belədir və sabah da belə davam edəcək.

 

Zaur ƏLİYEV,

İcbari Tibbi Sığorta üzrə Dövlət

Agentliyinin İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2019.- 7 may.- S.7.