Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizonqarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqındaAzərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 133, ¹ 5, maddə 312; 2007, ¹ 8, maddə 754, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə 709; 2010, ¹ 12, maddə 1056; 2011, ¹ 2, maddə 71; 2012, ¹ 5, maddə 408; 2014, ¹ 2, maddə 86; 2016, ¹ 1, maddə 6; 2017, ¹ 3, maddə 327; 2018, ¹ 1, maddə 8) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.132-ci maddənin birinci hissəsinin səkkizinci abzasında, 161-ci maddənin birinci hissəsinin dördüncü abzasında "papirosçəkməsözü "tütünçəkməsözləri ilə əvəz edilsin.

2.172-ci maddənin birinci hissəsində, 182-ci maddənin ikinci hissəsinin ikinci abzasında, 187-ci maddənin ikinci hissəsinin dördüncü abzasında, 188-ci maddənin birinci hissəsində, 255-ci maddənin ikinci hissəsində, 288-ci maddənin dördüncü hissəsinin beşinci abzasında "papirossözü "tütünsözü ilə əvəz edilsin.

3. 230-cu maddənin dördüncü cümləsində "Papirossözü "Tütünsözü ilə əvəz edilsin.

4. Həmin nizamnamənin "Hauptvaxt haqqında” 4 saylı əlavəsinin 27-ci maddəsinin üçüncü abzasında, 33-cü maddəsinin birinci hissəsində "papirossözü "tütünsözü ilə, 31-ci maddəsinin üçüncü hissəsində "Papirossözü "Tütünsözü ilə əvəz edilsin.

5. Həmin nizamnamənin "Qarovul otağının avadanlığı” 11 saylı əlavəsinin 1-ci maddəsinin ikinci hissəsində "papirosçəkməsözü "tütün çəkməsözləri ilə, 7-ci maddəsində "Papirosçəkməsözü "Tütün çəkməsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 1 noyabr.- S.2.